Foto: Reuters
ABŞ Senatının büdcə komitəsi 2026-cı maliyyə ili üçün Müdafiə Nazirliyinin 852 milyard dollar məbləğində büdcəsini təsdiqləyib.
Bu, ilin əvvəlində prezident Donald Trampın istədiyindən 21,7 milyard dollar (2,6%) çoxdur.
Bu barədə avqustun 1-də “Reuters” məlumat yayıb.
Qanun layihəsinə əsasən, Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində Ukraynaya 800 milyon dollar, Baltik ölkələrinin təhlükəsizliyi üçün isə əlavə 225 milyon dollar ayrılması nəzərdə tutulur.
Məlumata görə, bu vəsait əvvəlcə Tramp administrasiyası tərəfindən büdcə sorğusuna daxil edilməmişdi.
Senator Kris Kuns bildirib ki, Baltik ölkələri üçün ayrılan vəsaitin əhəmiyyətli hissəsi də Ukraynaya dəstəyə yönələcək: “Deyə bilərəm ki, Ukraynaya dəstək ümumilikdə 1 milyard dollar təşkil edir.”
USAI çərçivəsində ayrılan vəsait Ukraynaya kəşfiyyat, təlim, avadanlıq və silah tədarükünün maliyyələşdirilməsinə sərf olunacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Qətər və Türkiyə də daxil olmaqla 17 ölkə HƏMAS-ın tərk-silah olmasını tələb edib
Foto: AFP
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?