Foto: Reuters
Rusiya prezidenti Vladimir Putin İnzibati Xətalar Məcəlləsinə internetdə “ekstremist” materialların “qəsdən” axtarışını qadağan edən dəyişiklikləri imzalayıb.
O, həmçinin cinayət törətmək üçün VPN xidmətlərindən istifadəni ağırlaşdırıcı hal kimi tanıyan qanun imzalayıb.
VPN-in reklamına görə 500 min rubla qədər cərimə tətbiq olunacaq.
Düzəlişlər 2025-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Rusiyada "ekstremist" materialların siyahısında beş mindən çox maddə var və reyestr Ədliyyə Nazirliyi tərəfindən aparılır.
Bir gün öncə Aleksey Navalnının “Patriot” kitabının da bu siyahıya əlavə edildiyi məlum olub.
Ekspertlərə görə, ekstremist fəaliyyətə “əsaslandıran” materiallar və ya “ekstremist”təşkilatların simvolları da ekstremist sayıla bilər.
Bu cür materialların tam siyahısı yoxdur, onlara çoxlu sayda obyektlər, mətnlər və şəkillər daxil ola bilər.
Hüquq müdafiəçilərinin fikrincə, bu, məzmun axtarışının kriminallaşdırılması ilə bağlı ilk haldır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Reuters
Qətər və Türkiyə də daxil olmaqla 17 ölkə HƏMAS-ın tərk-silah olmasını tələb edib
Foto: AFP
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?