Dünya

Belarusda LGBTQ+ və könüllü uşaqsızlığın “təbliğinə” qadağa qoyan qanun layihəsi qəbul edildi

3 aprel, 2026
180

AFP

Belarus parlamentin Şurası LGBTQ+ “təbliğatının” və könüllü şəkildə uşaq sahibi olmaqdan imtinanın (“childfree”) qadağan olunmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Bu barədə dövlət agentliyi BELTA məlumat yayıb.

“İnzibati məsuliyyət məsələləri üzrə məcəllələrə dəyişiklik edilməsi haqqında” qanun layihəsi İnzibati Xətalar Məcəlləsinə doqquz yeni maddə və 43 yeni inzibati hüquqpozma tərkibi əlavə edir.

Digər müddəalarla yanaşı, “Homoseksual münasibətlərin, cinsiyyət dəyişməsinin, uşaqsızlığın və pedofiliyanın təbliği” adlı maddə də daxil edilir. Bu maddəyə əsasən, vətəndaşlarda homoseksual münasibətlərin, cinsiyyət dəyişməsinin və ya uşaqsızlığın cəlbedici olduğu barədə təsəvvür formalaşdırmaq məqsədilə istənilən formada məlumat yayan fiziki şəxslər cərimələnəcək.

Bu məlumat azyaşlılara çatarsa, əlavə olaraq inzibati həbs və ya ictimai işlər, hüquqi şəxslər üçün isə daha yüksək cərimələr nəzərdə tutulur.

Qanun layihəsi həmçinin Belarusun beynəlxalq tədbirlərdə “qanunsuz təmsilinə” görə də cərimələr tətbiq edir.

Qanunun qüvvəyə minməsi üçün onu  prezident Aleksandr Lukaşenko imzalamalıdır.

Qanun layihəsi 2024-cü ildə Baş Prokurorluq tərəfindən hazırlanıb və hökumət tərəfindən 2025-ci ilin iyulunda parlamentə təqdim edilib. 

BMT-nin Belarusda insan hüquqları üzrə müstəqil ekspertləri bu yenilikləri vətəndaş cəmiyyətinə qarşı repressiyaların bir hissəsi kimi qiymətləndiriblər.

Ekspertlərə görə, bu addımlar Avropa dəyərlərindən uzaqlaşaraq “ənənəvi dəyərlər” xəttinin gücləndirilməsinə yönəlib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fransa 700-dən çox supermarketə kiberhücumda İranı ittiham edir

10 noyabr 2026

sosial media

Fransa hakimiyyəti ölkədə yüzlərlə supermarketə qarşı həyata keçirilən genişmiqyaslı kiberhücumun arxasında İranın dayandığını iddia edir. Hücum nəticəsində soyuducu və dondurucu sistemlərin fəaliyyəti pozulub, milyonlarla avro dəyərində ərzaq məhsulu yararsız hala düşüb, azı 15 yanğın baş verib. Fransa Xarici İşlər Nazirliyinin noyabrın 9-da yaydığı bəyanata görə, oktyabrın 11-dən 12-nə keçən gecə baş verən hücum ölkə üzrə 700-dən çox ticarət obyektini əhatə edib. Paris hadisəyə görə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələndirilən “Şəhid Kaveh” adlı kiberqrupu məsul hesab edir. Fransa tərəfinin bildirdiyinə görə, hakerlər mağazalardakı soyuducu avadanlıqların uzaqdan idarəetmə sistemlərinə daxil olaraq onların iş rejimini dəyişdiriblər. Nəticədə soyuducularda ərimə prosesi...
Dünya

İran XİN: “Ermənistan TRIPP layihəsinin sərhədləri dəyişməyəcəyinə təminat verib”

10 noyabr 2026

sosial media

Ermənistan İranı əmin edib ki, Ermənistanın Sünik vilayətindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi regionun sərhədlərini və geosiyasi mənzərəsini dəyişməyəcək. “Mehr” agentliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib. “Biz dəfələrlə mövqeyimizi ifadə etmişik. Nəqliyyat yollarının blokadadan çıxarılmasını alqışlamışıq və vurğulamışıq ki, bu layihələr regionun geosiyasətinin dəyişməsinə gətirib çıxarmamalıdır”, - deyə Bəqai qeyd edib. İran rəsmisinin sözlərinə görə, ABŞ-nin regiondakı mövcudluğu və təsiri həmişə “təhlükəsizlik problemləri ilə müşayiət olunub”. “Biz narahatlıqlarımızı Ermənistana bildirmişik və bu layihənin sərhədlərin dəyişməsinə səbəb olmayacağına dair əmin edilmişik”, - o əlavə edib. TASS agentliyi də...

Seçilmiş Videolar

Toplum TV loqo