Dünya

İran XİN: “Ermənistan TRIPP layihəsinin sərhədləri dəyişməyəcəyinə təminat verib”

10 noyabr, 2026
27

sosial media

Ermənistan İranı əmin edib ki, Ermənistanın Sünik vilayətindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi regionun sərhədlərini və geosiyasi mənzərəsini dəyişməyəcək.

“Mehr” agentliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib.

“Biz dəfələrlə mövqeyimizi ifadə etmişik. Nəqliyyat yollarının blokadadan çıxarılmasını alqışlamışıq və vurğulamışıq ki, bu layihələr regionun geosiyasətinin dəyişməsinə gətirib çıxarmamalıdır”, - deyə Bəqai qeyd edib.

İran rəsmisinin sözlərinə görə, ABŞ-nin regiondakı mövcudluğu və təsiri həmişə “təhlükəsizlik problemləri ilə müşayiət olunub”.

“Biz narahatlıqlarımızı Ermənistana bildirmişik və bu layihənin sərhədlərin dəyişməsinə səbəb olmayacağına dair əmin edilmişik”, - o əlavə edib.

TASS agentliyi də Bəqainin açıqlamasından sitat gətirərək bildirib ki, yol Ermənistan şirkətləri tərəfindən tikiləcək və ərazidə ABŞ hərbi qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulmur.

Bəqai İranın Ermənistanla çox yaxşı münasibətlərinin olduğunu vurğulayıb. O, Tehranın prosesləri diqqətlə izləyəcəyini və zərurət yaranarsa, mövqeyini açıq şəkildə ifadə edəcəyini deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fransa 700-dən çox supermarketə kiberhücumda İranı ittiham edir

10 noyabr 2026

sosial media

Fransa hakimiyyəti ölkədə yüzlərlə supermarketə qarşı həyata keçirilən genişmiqyaslı kiberhücumun arxasında İranın dayandığını iddia edir. Hücum nəticəsində soyuducu və dondurucu sistemlərin fəaliyyəti pozulub, milyonlarla avro dəyərində ərzaq məhsulu yararsız hala düşüb, azı 15 yanğın baş verib. Fransa Xarici İşlər Nazirliyinin noyabrın 9-da yaydığı bəyanata görə, oktyabrın 11-dən 12-nə keçən gecə baş verən hücum ölkə üzrə 700-dən çox ticarət obyektini əhatə edib. Paris hadisəyə görə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələndirilən “Şəhid Kaveh” adlı kiberqrupu məsul hesab edir. Fransa tərəfinin bildirdiyinə görə, hakerlər mağazalardakı soyuducu avadanlıqların uzaqdan idarəetmə sistemlərinə daxil olaraq onların iş rejimini dəyişdiriblər. Nəticədə soyuducularda ərimə prosesi...
Dünya

“NVIDIA” rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub

9 noyabr 2026

Foto: sosial media

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan “NVIDIA”nın baş icraçı direktoru Censen Huanq şəxsi münasibətləri və mümkün casusluq iddiaları ilə bağlı qalmaqalla üzləşib. “Reuters”in noyabrın 8-də yaydığı məlumata görə, şirkətin direktorlar şurası Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olub-olmadığını müəyyənləşdirmək üçün müstəqil araşdırmaya başlayıb. Qalmaqal ABŞ mediasında “NVIDIA” rəhbərinin Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən iş qadını ilə yaxın münasibətdə olması barədə məlumatların yayılmasından sonra gündəmə gəlib. Söhbət Sinqapurda fəaliyyət göstərən “Megaspeed” şirkətinin keçmiş rəhbərlərindən biri Alise Huanqdan gedir. “The New York Times”ın yazdığına görə, ABŞ rəsmiləri Alise Huanqın Çin kəşfiyyatı ilə əlaqəsi ola biləcəyini ehtimal ediblər. Qəzetin məlumatında qadının Censen...

Seçilmiş Videolar

Toplum TV loqo