Dünya

Beş Avropa ölkəsi Navalnının qurbağa zəhəri ilə öldürüldüyünü deyir 

16 fevral, 2026
216

Foto: AP

Fevralın 14-də Böyük Britaniya, Almaniya, Fransa, İsveç və Hollandiya rusiyalı müxalifət lideri Aleksey Navalnının qurbağa zəhəri ilə öldürüldüyü barədə bəyanat veriblər. 

Bəyanata görə, bu qənaətə mərhum siyasətçinin nəşindən götürülən nümunələr əsasında gəlinib. 

Bildirilir ki, nümunələrdən aşkar olunan epibatidin toksini Cənubi Amerikada qurbağalarda tapılır. 

"Epibatidinin toksikliyini və qeydə alınmış simptomları nəzərə alsaq, zəhərlənmənin onun ölümünün səbəbi olması çox ehtimal olunur. Navalnı həbsxanada saxlanılarkən vəfat edib, bu isə Rusiyanın ona bu zəhəri vermək üçün vasitə, motiv və imkanının olduğu anlamına gəlir. Bu son tapıntılar Rusiyanın Kimyəvi Silahların Qadağan edilməsi Konvensiyasını və indiki halda həmçinin Bioloji və Toksin Silahları Konvensiyasını dəfələrlə pozmasına görə məsuliyyətə cəlb edilməsinin zəruriliyini bir daha vurğulayır.

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatındakı Daimi Nümayəndələrimiz bu gün baş direktora məktub ünvanlayaraq Rusiyanın Kimyəvi Silahların Qadağan edilməsi Konvensiyasını pozması barədə onu məlumatlandırıblar", - deyə qeyd olunub. 

Bəyanatda xatırladılır ki, Navalnı əvvəl də, 2020-ci ilin avqustunda noviçok maddəsi ilə zəhərlənib və bunun da Rusiya hakimiyyəti tərəfindən edildiyinə dair ciddi əsaslar mövcuddur. 

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyanatı "propaqanda" adlandırıb. Rusiya rəsmiləri əvvəllər də Navalnının ölümünə səbəb olduqları iddialarını rədd edib. 

Navalnı 2021-ci ilin yanvarında Rusiyada həbs olunub. 2024-cü ilin fevralında həbsxanada ölü tapılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

“NVIDIA” rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub

9 noyabr 2026

Foto: sosial media

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan “NVIDIA”nın baş icraçı direktoru Censen Huanq şəxsi münasibətləri və mümkün casusluq iddiaları ilə bağlı qalmaqalla üzləşib. “Reuters”in noyabrın 8-də yaydığı məlumata görə, şirkətin direktorlar şurası Huanqın xarici kəşfiyyat əməliyyatının hədəfi olub-olmadığını müəyyənləşdirmək üçün müstəqil araşdırmaya başlayıb. Qalmaqal ABŞ mediasında “NVIDIA” rəhbərinin Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən iş qadını ilə yaxın münasibətdə olması barədə məlumatların yayılmasından sonra gündəmə gəlib. Söhbət Sinqapurda fəaliyyət göstərən “Megaspeed” şirkətinin keçmiş rəhbərlərindən biri Alise Huanqdan gedir. “The New York Times”ın yazdığına görə, ABŞ rəsmiləri Alise Huanqın Çin kəşfiyyatı ilə əlaqəsi ola biləcəyini ehtimal ediblər. Qəzetin məlumatında qadının Censen...
Dünya

İran XİN 14 vətəndaşının “arzuolunmaz şəxs” elan edilməsi barədə: ‘Bu addım dostyana deyil’

9 noyabr 2026

açıq mənbə

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı məlumatı şərh edib. İran XİN-in sözçüsü İsmayıl Bəqai bu barədə “Mehr” agentliyinin sualına cavabında danışıb. O qeyd edib ki, 14 İran vətəndaşının “arzuolunmaz şəxs” elan edilməsi məna kəsb etmir. “Son günlər Azərbaycanın Daxili İşlər Nazirliyi bir neçə İran vətəndaşını ‘arzuolunmaz şəxs’ adlandırıb. Əsasən, Azərbaycanın hansı əsasla digər ölkələrin vətəndaşlarını arzuolunmaz şəxs elan etdiyi də məlum deyil. ‘Arzuolunmaz şəxs’ ifadəsinin özü məna kəsb etmir, çünki həmin şəxslər o ölkənin ərazisində olmayıblar. Onlar diplomat da deyillər. Lakin bu addım dostyana deyil. Azərbaycanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə...

Seçilmiş Videolar

Toplum TV loqo