İran XİN 14 vətəndaşının “arzuolunmaz şəxs” elan edilməsi barədə: ‘Bu addım dostyana deyil’
açıq mənbə
İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda “arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı məlumatı şərh edib.
İran XİN-in sözçüsü İsmayıl Bəqai bu barədə “Mehr” agentliyinin sualına cavabında danışıb.
O qeyd edib ki, 14 İran vətəndaşının “arzuolunmaz şəxs” elan edilməsi məna kəsb etmir.
“Son günlər Azərbaycanın Daxili İşlər Nazirliyi bir neçə İran vətəndaşını ‘arzuolunmaz şəxs’ adlandırıb. Əsasən, Azərbaycanın hansı əsasla digər ölkələrin vətəndaşlarını arzuolunmaz şəxs elan etdiyi də məlum deyil. ‘Arzuolunmaz şəxs’ ifadəsinin özü məna kəsb etmir, çünki həmin şəxslər o ölkənin ərazisində olmayıblar. Onlar diplomat da deyillər. Lakin bu addım dostyana deyil. Azərbaycanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və etirazımız ona çatdırılıb. Bundan sonrakı mərhələdə zəruri saydığımız addımları atacağıq”, - Bəqai deyib.
APA-nın məlumatına görə, bu şəxslərlə bağlı qərar onların media və sosial şəbəkələrdə Azərbaycan əleyhinə çağırışlar səsləndirməsi iddiası ilə əlaqələndirilib.
“Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız sərt ittihamların, təhqiramiz ifadələrin, habelə qeyri-qanuni çağırışların artdığı müşahidə olunur. Müxtəlif səviyyəli din xadimləri, parlament üzvləri, ekspertlər, media nümayəndələri tərəfindən Azərbaycanın suverenliyi, təhlükəsizliyi, dövlət-din münasibətləri, ölkənin idarəçilik sistemi və s. hədəf götürülür, dini radikalizm təşviq olunur, dini nifrət və düşmənçiliyin qızışdırılmasına cəhd edilir, həmçinin hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar səsləndirilir”, - məlumatda deyilirdi.
Məlumata əsasən, siyahıya İran parlamentinin bir sıra deputatları, din xadimləri, media nümayəndələri, siyasi şərhçilər və ekspertlər daxildir.
Oktyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşının da “arzuolunmaz şəxslər” siyahısına daxil edildiyini açıqlamışdı. Nazirlik həmin şəxslərin sosial şəbəkələrdə və internet platformalarında Azərbaycanın suverenliyi, milli təhlükəsizliyi, konstitusiya quruluşu, xalqı və rəhbərliyi əleyhinə açıqlamalar yaydığını, hakimiyyətin zorla dəyişdirilməsinə, dini radikalizm zəminində zorakılığa və dini nifrətin qızışdırılmasına çağırışlar etdiyini iddia etmişdi.
Məlumat Azərbaycanda məktəblərdə hicablı şagird və müəllimlərlə bağlı qadağaların Türkiyədə müzakirə olunduğu və etirazlara səbəb olduğu dövrdə yayılmışdı.
Bundan əvvəl Baş Prokurorluq bir sıra Türkiyə vətəndaşının sosial şəbəkələrdə, eləcə də Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalarda hakimiyyətin zorla dəyişdirilməsinə və dini nifrətin qızışdırılmasına çağırışlar etdiyini iddia edərək, onlar barəsində beynəlxalq axtarış elan olunduğunu bildirmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“NVIDIA” rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Foto: sosial media
Foto: Chatgpt
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir