Foto: EPA
Böyük Britaniyanın Baş naziri Kir Starmer İsrailin Qəzza zolağında atəşkəsə razılaşmayacağı halda ölkəsinin sentyabrda Fələstin dövlətini tanıyacağını deyib.
O, bunu iyulun 29-da keçirdiyi mətbuat üçün brifinqdə bildirib.
“Mən həmişə demişəm ki, Fələstin dövlətini iki dövlətli həll yoluna maksimum təsir göstərə biləcək bir anda, sülh prosesinə töhfə olaraq tanıyacağıq. Ona görə də təsdiq edə bilərəm ki, əgər İsrail hökuməti Qəzzadakı dəhşətli vəziyyətin sona çatdırılması, atəşkəsə razılıq verilməsi və uzunmüddətli, dayanıqlı sülhə — iki dövlətli həll ümidinin dirçəldilməsinə — sadiqliyini göstərməzsə, sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Böyük Britaniya Fələstin dövlətini tanıyacaq”, - o qeyd edib.
Starmer bir gün öncə Şotlandiyada ABŞ Prezidenti Donald Trampla birgə brifinqdə Britaniya ictimaiyyətinin “Qəzzada ac qalan insanların görüntülərindən dəhşətə gəldiyini' bildirmişdi.
İsrailin Baş naziri Benyamin Netanyahu isə Starmerin bəyanatını Qəzzaya nəzarət edən HƏMAS qruplaşmasının “vəhşi terrorizminə mükafat vermək” kimi qiymətləndirib.
“Bu gün İsrail sərhədindəki cihadçı dövlət sabah Britaniyanı təhdid edəcək. Cihadçı terrorçulara qarşı güzəşt siyasəti həmişə uğursuz olur. Bu, sizdə də uğursuz olacaq. Bu, baş verməyəcək”, – Netanyahu iyulun 29-da “X” səhifəsində bildirib.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron da Fələstini sentyabrda tanıyacaqlarını deyib. Lakin, Starmerdən fərqli olaraq, o, qərardan imtina etməkdən ötrü İsrailə şərt irəli sürməyib.
Starmerin bəyanatının qətiyyətsiz olması, İsrail önündə şərt irəli sürməsi ölkə daxilində də birmənalı qarşılanmayıb.
Parlament üzvü və müxalif lider Ceremy Korbin “X” səhifəsində Starmeri tənqid edib.
“Fələstin dövlətçiliyi bir alver predmeti deyil. Bu, təhdid olmalı deyil. Bu, fələstinlilərin ayrılmaz və dəyişdirilməz hüququdur. Bizim bu rüsvayçı hökumətə tələblərimiz eynidir: İsrailə silah satışına son qoyun, genişmiqyaslı sanksiyalar tətbiq edin və soyqırımı dərhal dayandırın”, - o qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Qətər və Türkiyə də daxil olmaqla 17 ölkə HƏMAS-ın tərk-silah olmasını tələb edib
Foto: AFP
Foto: Reuters
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?