Məhkəmə

İqbal Əbilovun kitabı nəşr olunub

30 İyul, 2025
84

Foto: sosial media

Həbsdə olan elmi araşdırmaçı İqbal Əbilovun kitabı nəşr olunub. 

Bu barədə Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb. 

Rus dilində nəşr olunan “Talış Nitqindən Fraqmentlər I” kitabına XIX əsrin ikinci yarısında alman-rus şərqşünası Boris Dorn tərəfindən toplanmış və 2012-ci ildə Əbilovun arxivlərdə aşkar etdiyi əlyazmaların daxil edildiyi bildirilir. 

“Bu materiallar talış dilinin şimal dialekti barəsində bu günədək məlum olan ən qədim elmi araşdırmalardan biri olaraq xüsusi əhəmiyyət kəsb edir”, - deyə qeyd olunub. 

Kitab Əbilovun həmtəsisçisi olduğu Talış Milli Akademiyası tərəfindən təsis edilmiş "Bibliotheca Talyshica" seriyasının ilk nəşridir. 

“Bu seriyanın başlıca məqsədi talış dilində yazılmış, lakin indiyədək nəşr olunmamış elmi əsərlərlə yanaşı, orta əsrlərdən günümüzə qədər yaşamış talış alimlərinin elmi irsini akademik ictimaiyyətə təqdim etməkdir. Burada həmçinin dilçilik, arxeologiya, coğrafiya, antropologiya və digər sahələrə dair arxivlərdə qorunub saxlanmış, bu günə qədər ictimaiyyətə məlum olmayan tədqiqatlara da yer veriləcək”, - Komitənin məlumatında deyilir. 

İqbal Əbilova mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il hökm oxunub. 

Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb.

İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb. 

Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bildirib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun yeganə “cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaqdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Nəcməddin Sadıkovun adı keçən 42 milyonluq cinayət işində hökm oxunub

30 İyul 2025

Foto: Açıq mənbə

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, Hərbi Təhsil və Tədris İdarəsinin baş zabiti olmuş, "Nəcməddin Sadıkovun yaxın adamı" kimi tanınan Zahid Niftəliyevə hökm oxunub. APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Z.Niftəliyevin vəkili çıxış edib. O, təqsirləndirilənə ittiham olunduğu hər iki maddə üzrə baraət verilməsini xahiş edib. 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyev də son sözlə çıxış edərək məhkəmədən bəraət istəyib. Hökmə əsasən, Zahid Niftəliyev 2 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilib. Ona təyin olunmuş əvvəlki hökm qismən toplanılaraq Zahid Niftəliyevə qəti olaraq 12 il müddətinə azadlıqdan...
Məhkəmə

Azər Qasımlının məhkəməsində zərərçəkən kimi tanınan şəxs ifadə verib

30 İyul 2025

Foto: sosial media

Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. APA xəbər verir ki, iyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən kimi tanınan Qurbanəli Yusifov ifadə verib. Kriptovalyuta biznesi ilə məşğul olduğunu deyən Yusifov vaxtilə A.Qasımlının istəyilə onun adına hesab açdığını və politoloqun verdiyi 20 min ABŞ dolları pulla həmin dəyərdə “bitcoin”lər aldığını bildirib. Onun sözlərinə görə, sonradan “bitcoin”lər dəyər itirib.  Yusifov iddia edib ki, A.Qasımlı qarşılığında ondan “bitcoin”lər və ya 45 min ABŞ dolları tələb edib: “Mən bundan sonra qorxaraq ölkədən qaçdım. Bununla kifayətlənməyib məni ailəmlə,...

Seçilmiş Videolar

Toplum TV loqo