Məhkəmə

Fazil Qasımov Penitensiar Xidmət əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını deyir

30 İyul, 2025
330

Foto: sosial media

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan iqtisadçı Fazil Qasımovun şikayəti üzrə növbəti baxış iclası keçirilib. 

Bu barədə onun ailə üzvləri Toplum TV-yə bildirib. 

F.Qasımov məhkəmədə bildirib ki, 42 gündür vəkili Nemət Kərimli ilə əlaqə saxlaya bilmir. Buna görə də o, vəkili ilə konfidensial  ünsiyyət üçün vaxt istəyib. Hakim onlara 5 dəqiqə vaxt verib. 

Ailə üzvləri bildirir ki, fasilə zamanı F.Qasımov sənədlərini vəkilinə vermək istəyəndə konvoy sənədləri əlindən alaraq otaqdan çıxıb, daha sonra qayıdaraq sənədləri hakimə verib. 

F.Qasımov bunun qanunsuz olduğunu deyib və sənədlərin vəkilinə verilməsini istəyib. Yalnız bundan sonra sənədlər vəkilə verilib. Daha sonra vəkil N.Kərimli də F.Qasımova sənədlər vermək istəsə də, hakim buna imkan verməyib. 

Ardınca F.Qasımov qeyd edib ki, məhkəməyə gətirilməzdən əvvəl saxlanıldığı Umbakı qəsəbəsindəki cəzaçəkmə müəssisəsində Penitensiar Xidmətin 5 əməkdaşı tərəfindən zorakılığa məruz qalıb.

Qasımovun sözlərinə görə, məhkəməyə təqdim etmək üçün yazdığı apellyasiya şikayətinə əlavələrin ona qaytarılmasını istəyəndə Penitensiar Xidmətin iki əməkdaşı arxadan onun qolundan tutub və Ramin adlı rəis müavini onun üzünə iki şillə vurub və onun boğazından tutaraq boğub. 

İqtisadçı bildirib ki, rəis müavini ona “sən cinayətkarsan, biz cinayətkarlarla belə davranırıq” deyib. 

F.Qasımov məhkəmədə özünü psixoloji və fiziki cəhətdən çox pis hiss etdiyini, tibbi yardıma ehtiyacının olduğunu bildirib. Buna görə də o, məhkəmə iclasının təxirə salınmasını istəyib. 

Hakim F.Qasımovun səhhəti ilə əlaqədar məhkəmə iclasını avqustun 6-ı saat 16:00-a təxirə salıb. 

Qasımov mayın 21-dən başlamaqla azadlığa buraxılması üçün 2 aya yaxın aclıq edib. O, iyunun 17-də aclığı dayandırıb.

Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov bu il martında 9 il müddətinə azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olundu. Özü isə ittihamı rədd edir. 

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir. 

Ötən ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6 May 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevə iki il yarım həbs cəzası verilib.  Bu barədə mayın 6-da Tovuz Rayon Məhkəməsində keçirilən yekun prosesdə qərar verilib. Ötən proseslərin birində dövlət ittihamçısı H.Vəliyevə 3 il həbs cəzası istəmişdi.  O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.  Hacı Vəliyev ötən il martın 31-də həbs olunub. O, müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınırdı. H.Vəliyev həbsindən bir neçə gün öncə polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan...
Məhkəmə

Rüfət Səfərov: “Fəxr edirəm ki, ölkədəki 400 siyasi məhbusdan biriyəm"

5 May 2026

Ülviyyə Quliyeva (VOA)

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə R.Səfərovun vəkili Rövşanə Rəhimli vəsatət verərək zərərçəkmiş qismində tanınmış Natiq İmanquliyevin telefon anten məlumatlarının mobil operatordan alınmasını istəyib.  Cinayət işi materiallarında R.Səfərovun N.İmanquliyevə xəsarət yetirdiyi barədə həkim rəyi olsa da, "zərərçəkən" özü ötən proseslərin birində vəkilin sualına cavab olaraq həmin klinikada olmadığını bildirib. R.Rəhimli vəsatəti belə əsaslandırıb ki, N.İmanquliyevin telefon anten məlumatları əsasında bu məsələyə aydınlıq gətirilə bilər.  Məhkəmə vəsatəti təmin edib.  Daha sonra çıxış edən R.Səfərov 3 May Ümumdünya Mətbuat Azadlığı...

Seçilmiş Videolar

Toplum TV loqo