Dünya

Qətər və Türkiyə də daxil olmaqla 17 ölkə HƏMAS-ın tərk-silah olmasını tələb edib

30 İyul, 2025
119

Foto: AFP

İyulun 29-da Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) konfransında İsrail-Fələstin münaqişəsinin bitməsinə hesablanan “Nyu-York Bəyannaməsi” təqdim olunub. 

Münaqişənin iki dövlətli həll yolu ilə nizamlanmasına və Qəzzaya nəzarət edən HƏMAS qruplaşmasının tərk-silah olmasına çağıran bəyanatı 17 ölkə, Ərəb Ölkələri Liqası və Avropa İttifaqının nümayəndələri dəstəkləyib. 

Dəstək olanlar arasında Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya və Qətər də var. 

Bəyanatda 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu qınanılır və qruplaşmadan bütün israilli girovları azad etmək, silahları yerə qoymaq və Qəzza üzərindəki hakimiyyətinə son qoymaq tələb olunur. 

İki dövlətli həll variantına qarşı çıxan İsrail Baş naziri Benyamin Netanyahu bu konfransda iştirakı “təhlükəsizlik səbəblərinə görə” rədd edib. İsrailin yaxın müttəfiqi olan ABŞ də bu görüşü “səmərəsiz” adlandıraraq boykot edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: #

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Tramp Əliyev, Paşinyan və Putini də Qəzza Sülh Şurasına dəvət edib 

21 Yanvar 2026

Foto: Getty Images

ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putini də Qəzza üçün yaradılan Sülh Şurasına dəvət edib.  Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan tərəfi dəvəti qəbul edib.  Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan da deyib ki, baş nazir dəvəti qəbul edib və Ermənistanın "sülhün təşviqinə sadiqliyini təsdiqləyib". Putinin dəvət olunması xəbərini isə ilk olaraq onun mətbuat katibi Dmitri Peskov açıqlayıb. Tramp da yanvarın 19-da jurnalistlərə xəbəri təsdiqləyib.  Peskov bildirib ki, Putin dəvəti nəzərdən keçirir.  Sülh Şurası İsrailin iki il apardığı müharibədən sonra Qəzzanın idarəetməsinə nəzarət etmək üçün yaradılıb. Bu, Tramp administrasiyasının...
Dünya

"Reuters": Rusiyanın neft-qaz gəlirləri 2020-ci ildən bəri ən aşağı həddə düşəcək

20 Yanvar 2026

Foto: Reuters

Rusiyanın federal büdcəsinə neft və qaz satışından gələn gəlirlərin ötən ilin yanvar ayı ilə müqayisədə bu ay 46% azalacağı gözlənilir.  Bunu yanvarın 19-da "Reuters"in hesablamaları göstərib.  Gəlirlərin bu ay təxminən 420 milyard rubl (5,41 milyard ABŞ dolları) səviyyəsinə düşəcəyi ehtimal olunur ki, bu da COVID pandemiyasının qlobal yanacaq tələbatını iflic etdiyi 2020-ci ilin avqustundan bəri ən aşağı səviyyədir. Bu il federal büdcəyə neft və qaz satışlarından təxminən 9 trilyon rubl toplanması nəzərdə tutulur. 2026-cı ilin ümumi büdcə gəlirlərinin isə 40,283 trilyon rubl səviyyəsində olacağı proqnozlaşdırılır. Neft və qaz gəlirləri Kremlin Ukraynadakı müharibəsini maliyyələşdirməsində vacib rol oynayır. Rusiya iqtisadiyyatı 2022-ci ilin...

Seçilmiş Videolar

Toplum TV loqo