Çeçenistanda polisə hücumda ittiham edilən yeniyetmənin cəsədi meydanda nümayiş etdirilib
açıq mənbədən götürülüb
Çeçenistan hakimiyyətinin patrul əməkdaşlarına hücumda ittiham etdiyi 17 yaşlı yeniyetmənin meyiti Açxoy-Martan şəhərinin meydanında mitinqdə nümayiş etdirilib.
Aprelin 9-da hakimiyyət dövlət sektorunun işçilərini, müəllimləri və orta məktəb şagirdlərini Açxoy-Martan administrasiyası yaxınlığındakı meydana toplayıb. Tədbirdə bələdiyyə sədri Xoza Bursaqov da iştirak edib.
“Sədr nəsə deməyə başladı, amma hamının diqqəti yaxınlaşan maşından çıxarılan və hamının görməsi üçün meydana aparılan bir şeyə yönəldi. Gözlərimə inana bilmirdim: bu, qan içində olan sellofana bükülmüş bir meyit idi və mən sellofandan çıxan bir ayaq gördüm,” deyə “Kavkazskiy uzel” nəşrinə müəllimlərdən biri danışıb.
Onun sözlərinə görə, bir neçə qadın huşunu itirib, bəziləri tədbiri tərk etməyə cəhd edib, lakin təhlükəsizlik qüvvələri buna mane olublar.
Nəşr yerli məktəblərin əməkdaşlarına istinadən yazır ki, iştirakçılar mitinqin nəyə həsr olunacağını və nə qədər davam edəcəyini öncədən bilməyiblər.
Çeçenistanda hüquq-mühafizə orqanları əməkdaşlarına hücum aprelin 7-də axşam saatlarında baş verib. Hadisə nəticəsində 2 yol polisi əməkdaşı bıçaqlanıb, onlardan biri xəstəxanada ölüb.
Hücumu həyata keçirən 16 yaşlı Xumaşev adlı yeniyetmə hadisə yerindəcə öldürülüb. Hadisənin səbəbləri məlum deyil.
Yerli məmurlar Ramzan Kadırovun qətlə yetirilən şəxsin qohumlarının Çeçenistandan çıxarılacağı və əmlaklarının dövlətə keçəcəyi ilə bağlı sözlərini təsdiqləyiblər.
İddialarıdan biri də odur ki, yeniyetmənin yaxınlarına onu dəfn etməyə icazə verilməyəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Marqarita Simonyan: “Rusiya ilə soyuq münasibət saxlasa, Ermənistan mövcud olmayacaq”
RIA Novosti
açıq mənbədən götürülüb