Marqarita Simonyan: “Rusiya ilə soyuq münasibət saxlasa, Ermənistan mövcud olmayacaq”
RIA Novosti
Rusiyanın dövlət mətbu orqanı “Russia Today”in baş redaktoru Marqarita Simonyan Ermənistanın Rusiya ilə dostluq əlaqələri olmadan mövcud olmayacağını deyib.
O, bunu aprelin 10-da panel müzakirəsi zamanı səsləndirib.
“Əgər, Allah eləməsin, Rusiya və Ermənistan arasında soyuq münasibətlər formalaşsa, bu Rusiya üçün məyusedici olacaq. Amma Ermənistan isə, böyük ehtimalla, ümumiyyətlə mövcud olmayacaq”, Simonyan qeyd edib.
Kremlin əsas propaqanda simalarından olan Simonyan, xüsusən Ukrayna haqqında təhdidedici mülahizələri, habelə Qərbi müntəzəm olaraq nüvə hücumları ilə hədələməsi ilə tanınır.
Simonyanın 2022-ci ildən Ermənistana girişinə qadağa qoyulub. O, əvvəllər də Baş nazir Nikol Paşinyanın hökumətini Rusiya ilə münasibətləri pozmaqda ittiham edərək tənqid edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Çeçenistanda polisə hücumda ittiham edilən yeniyetmənin cəsədi meydanda nümayiş etdirilib
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb