açıq mənbədən götürülüb
ABŞ prezidenti Donald Tramp Çindən gətirilən mallara rüsumların 104 faizdən 125 faizə qaldırıldığını açıqlayıb.
Tramp bu qərarı “Çinin qlobal bazarlara hörmət etməməsi” ilə izah edib.
Bu barədə o, “Truth Social” hesabında yazıb. Qərar dərhal qüvvəyə minib.
Ancaq bununla yanaşı rəsmi Vaşinqton digər ölkələrə tətbiq edilən tarifləri 90 gün müddətinə dayandırıb.
Tramp bildirib ki, 75-dən çox ölkə tarifləri müzakirə etməyi xahiş edib və “ABŞ-a qarşı heç bir cavab tədbiri görməyib”.
O, bundan sonra əlavə rüsumların tətbiqini təxirə salmaq qərarına gəlib.
Hansı ölkələrdən söhbət getdiyi açıqlanmayıb.
ABŞ prezidentinin sərəncamı ilə aprelin 5-dən 185 ölkə üçün 10 faizlik rüsum dərəcəsi qüvvəyə minib.
Aprelin 9-dan onlarla faiz məbləğində əlavə rüsumlar qüvvəyə minib.
Bu tədbirlər artıq dünya birjalarında iri Amerika şirkətlərinin səhmlərinin qiymətlərinin aşağı düşməsinə gətirib çıxarıb ki, bu da həmin şirkətlərin bazar dəyərinin trilyonlarla dollar itirməsi ilə nəticələnib.
“Forbes” yazır ki, tətbiq edilən tariflərə görə Trampın öz sərvəti az qala 500 milyon dollar azalıb.
“Bloomberg” xəbər verir ki, amerikalı milyarder İlon Mask son iki həftə ərzində təxminən 50 milyard dollar itirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Marqarita Simonyan: “Rusiya ilə soyuq münasibət saxlasa, Ermənistan mövcud olmayacaq”
RIA Novosti
Çeçenistanda polisə hücumda ittiham edilən yeniyetmənin cəsədi meydanda nümayiş etdirilib
açıq mənbədən götürülüb