Dünya

Əliyev və Zelenski Rusiyanın SOCAR anbarına hücumunu pisləyib 

11 Avqust, 2025
155

Foto: president.gov.ua

Avqustun 10-da Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Əliyevin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı Zelenski Əliyevi avqustun 8-də ABŞ prezidenti Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında “sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib və bu görüşün tarixi xarakter daşıdığını vurğulayıb”.

Həmçinin, telefon danışığı zamanı tərəflərin Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən “məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini” pislədikləri bildirilir. 

Tərəflər “bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar”, - məlumatda deyilir. 

Ukrayna mətbuatının məlumatına görə, avqustun 8-nə keçən gecə Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına “Shahed” dronları ilə hücum edib. 

Hücumun yanğına səbəb olduğu və dizel yanacağı daşıyan boru kəmərinə ziyan vurduğu bildirilib. 

Məlumata görə, yanğın tez bir zamanda lokallaşdırılsa da, zərbə nəticəsində dörd nəfər ağır yaralanıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Putin Ermənistanın "Ukrayna ssenarisi" ilə üzləşə biləcəyinə eyham vurub 

11 May 2026

Açıq mənbə

Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avropaya inteqrasiya ilə bağlı seçim etməli olduğunu deyib.  O, Qələbə Günü paradından sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Yerevan "geosiyasi istiqamətinin nə olduğuna ən tez zamanda qərar verməlidir".  “Mənim fikrimcə, həm Ermənistan əhalisinə, Ermənistan vətəndaşlarına münasibətdə, həm də əsas iqtisadi tərəfdaş kimi bizə münasibətdə mümkün qədər tez qərar vermək düzgün olardı. Məsələn, referendum keçirə bilərlər", - o qeyd edib.  Putin əlavə edib ki, belə bir referendumun nəticəsi Moskvaya “müvafiq nəticələr çıxarmağa” və “yumşaq, ağıllı və qarşılıqlı faydalı ayrılığı” davam etdirməyə imkan verəcək. Rusiya lideri, həmçinin, Ermənistanın Avropa İttifaqı (Aİ) ilə bağlı ambisiyalarının gələcəkdə Avrasiya İqtisadi...
Dünya

Paşinyan: "Ermənistanı 'banan respublikası' olmaqdan xilas etdik"

8 May 2026

sosial media

Ermənistanda parlament seçkiləri öncəsi siyasi partiyaların təbliğat kampaniyasına start verilib.  Bu münasibətlə sosial media hesabında videomüraciət edən baş nazir Nikol Paşinyan başçılıq etdiyi hökumətin son 8 ildəki uğurlarını sadalayıb.  Onun sözlərinə görə, hökumətin ən böyük uğuru "Ermənistanın müstəqillik tarixində ilk dəfə olaraq sülhün təmin olunmasıdır". Paşinyan müxalifətin Ermənistanda 2018-ci ildən, yəni Paşinyan hakimiyyətə gəlməzdən əvvəl sülh olduğu barədə fikrini təkzib edib.  “Əsgərlərin hər il öldürüldüyü və yaralandığı bir yerdə siz sülh görmüsünüz? Bizdə sülh yox idi, bizdə davamlı müharibə və müharibənin eskalasiyasının daimi təxirə salınması var idi və həmin təxirəsalmanı biz 2016-cı ilin Aprel Müharibəsində gördük", - o qeyd edib. ...

Seçilmiş Videolar

Toplum TV loqo