Dünya

Əliyev və Zelenski Rusiyanın SOCAR anbarına hücumunu pisləyib 

11 Avqust, 2025
153

Foto: president.gov.ua

Avqustun 10-da Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Əliyevin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı Zelenski Əliyevi avqustun 8-də ABŞ prezidenti Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında “sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib və bu görüşün tarixi xarakter daşıdığını vurğulayıb”.

Həmçinin, telefon danışığı zamanı tərəflərin Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən “məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini” pislədikləri bildirilir. 

Tərəflər “bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar”, - məlumatda deyilir. 

Ukrayna mətbuatının məlumatına görə, avqustun 8-nə keçən gecə Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına “Shahed” dronları ilə hücum edib. 

Hücumun yanğına səbəb olduğu və dizel yanacağı daşıyan boru kəmərinə ziyan vurduğu bildirilib. 

Məlumata görə, yanğın tez bir zamanda lokallaşdırılsa da, zərbə nəticəsində dörd nəfər ağır yaralanıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Paşinyan: "Ermənistanı 'banan respublikası' olmaqdan xilas etdik"

8 May 2026

sosial media

Ermənistanda parlament seçkiləri öncəsi siyasi partiyaların təbliğat kampaniyasına start verilib.  Bu münasibətlə sosial media hesabında videomüraciət edən baş nazir Nikol Paşinyan başçılıq etdiyi hökumətin son 8 ildəki uğurlarını sadalayıb.  Onun sözlərinə görə, hökumətin ən böyük uğuru "Ermənistanın müstəqillik tarixində ilk dəfə olaraq sülhün təmin olunmasıdır". Paşinyan müxalifətin Ermənistanda 2018-ci ildən, yəni Paşinyan hakimiyyətə gəlməzdən əvvəl sülh olduğu barədə fikrini təkzib edib.  “Əsgərlərin hər il öldürüldüyü və yaralandığı bir yerdə siz sülh görmüsünüz? Bizdə sülh yox idi, bizdə davamlı müharibə və müharibənin eskalasiyasının daimi təxirə salınması var idi və həmin təxirəsalmanı biz 2016-cı ilin Aprel Müharibəsində gördük", - o qeyd edib. ...
Dünya

Zaxarova: "Zelenskinin Yerevana səfəri Aİ-nin Ermənistana hansı gələcək vəd etdiyini göstərdi"

7 May 2026

Toplum TV

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ukrayna prezidenti Volodimir Zelenskinin Yerevana səfərini tənqid edib.  O, mayın 7-də jurnalistlər üçün brifinqdə deyib ki, Ermənistan hakimiyyəti "terrorçu Zelenskiyə səhnə verib".  “Rusiya cəmiyyəti bunu təkcə müşahidə etmədi, həm də dərin hiddət və heyrət hissi ilə qəbul etdi ki, uzun illər dost və qardaş xalq hesab etdiyimiz Ermənistan bir terrorçuya, neonasist rejimin liderinə meydan verdi və o, Yerevanda çox isti qarşılandı. Zelenski ermənistanlı ev sahiblərinin bu anlaşılmaz qonaqpərvərliyindən istifadə edərək özünün artıq bezdirici hala gəlmiş köhnə anti-Rusiya çıxışlarını səsləndirdi", - Zaxarova bildirib.  “Əslində Zelenskinin Yerevana səfər etməsi çox gözəldir. Qoy Ermənistan xalqı...

Seçilmiş Videolar

Toplum TV loqo