Məhkəmə

Aynur Elgünəşin şikayəti təmin edilməyib

8 Avqust, 2025
241

Foto: sosial media

Avqustun 7-də Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin (Qənbərova) iti Maksla görüşə bilməməsi ilə bağlı Xətai rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.
 
Proses hakim Zamin İbrahimovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində baş tutub.

Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb, baş redaktorun şikayətini təmin etməyib.

Həbsdə olan jurnalist iti ilə görüşə bilməsi üçün Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova bir neçə dəfə müraciət edib. Cavab ala bilmədiyi üçün məhkəməyə üz tutub. 

“Qanunvericilikdə Maksla görüşməyimi qadağan edən heç bir müddəa yoxdur. Şəxsi həyat və heyvan haqları baxımından da bizim görüşməyimiz arzuolunandır. Lakin siz heç bir əsas gətirmədən bizim görüşümüzə icazə vermirsiz. Halbuki bu görüş şəxsi və ictimai baxımdan təhlükəli deyil, narahatlığa səbəb olmur. Siz bu qadağanızla mənim mənəvi əzab çəkməyimə, psixoloji sarsıntı keçirməyimə səbəb olursuz” - deyə jurnalist müraciətində bildirirdi.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı) və Fatimə Mövlamlı da “Meydan TV işi”nə görə həbs edilib.

Müstəqil jurnalist Ülviyyə Əli də mayın 7-də bu iş üzrə saxlanılıb və barəsində qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb.

O, həbsindən öncə yazdığı bəyanatda MeydanTV ilə heç bir işgüzar əlaqəsi olmadığını, olsaydı belə, bunu cinayət hesab etmədiyini yazıb.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Azər Qasımlı 12 il azadlıqdan məhrum edilib 

11 Mart 2026

Foto: sosial media

Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə politoloqa 12 il həbs cəzası verilib.  Əvvəlki proseslərdən birində dövlət ittihamçısı A.Qasımlının 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. Prosesdə son söz deyən A.Qasımlı ona dəstək olan hər kəsə təşəkkür edib və heç bir cinayət əməli törətmədiyini bildirib.  "Bu işdə mən yeganə zərərçəkmiş tərəfəm. Həm azadlığımı, həm əmlakımı əlimdən alıblar. Hər kəs bilir və anlayır ki, mənim həbsim siyasi sifariş əsasında həyata keçirilib", - o qeyd edib.  A.Qasımlı Cinayət Məcəlləsinin 182.3.2-ci...
Məhkəmə

“QHT işi” üzrə həbs edilən Zamin Zəkiyə 7 il 6 ay həbs verildi

11 Mart 2026

Foto: Əkinçi

Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində "QHT işi" üzrə həbsdə sosial işçi Zamin Zəkinin sonuncu məhkəmə prosesi keçirilib.  APA-nın xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Z.Zəkiyə 7 il 6 ay həbs cəzası verilib.  Əvvəlki prosesdə dövlət ittihamçısı Z.Zəkinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.  Zamin Zəki Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.  Cinayət işində iddia olunur ki, Z.Zəki xarici təşkilatlardan aldığı qrant vəsaitlərini qanunvericilik üzrə qeydiyyatdan keçirməyib.  Sosial işçi isə özünü...

Seçilmiş Videolar

Toplum TV loqo