Foto: president.az
Avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni paraflanıb.
Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunmasını özündə əks etdirir.
ABŞ prezidenti Donald Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp marşrutu"nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin, eləcə də Vaşinqtonun hər iki ölkə ilə ikitərəfli sənədlər imzaladığını bildirib.
O, Azərbaycana hərbi yardıma qadağanın da qaldırıldığını deyib.
Prezident Əliyev bu qadağanın qaldırıldığına görə D.Trampa təşəkkürünü bildirib.
"Prezident Tramp Qafqaza sülh gətirir, buna görə minnətdarıq", - Əliyev deyib.
İlham Əliyev onu da vurğulayıb ki, son 30 il ərzində çoxsaylı insan itkisi, iki qanlı müharibə və böyük fəsadlar yaşanıb:
“Donald Tramp və onun heyəti, o cümlədən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff olmasaydı, ola bilsin ki, Azərbaycan və Ermənistan hələ də sonsuz danışıqlar prosesini davam etdirməli olacaqdı. Bu, həqiqətən də tarixi bir gündür. Bu gün Cənubi Qafqazda sülhün əsasını qoyuruq.”
Ermənistan Baş naziri Nikol Paşinyan isə bildirib ki, Cənubi Qafqaz regionunda inkişafın yeni mərhələsi başlayacaq.
Onun sözlərinə görə, nəqliyyat və kommunikasiya sahəsində, həmçinin ərazi bütövlüyü və suverenlik çərçivəsində mühüm təşəbbüslər irəli sürülüb:
“Ermənistan Trampın “Sülh və Rifah Marşrutu”nun tamamlanması və icrası istiqamətində bərabərhüquqlu əməkdaşlıq edəcək. Bu prosesdə iqtisadi imkanların genişləndirilməsi və infrastruktur sahəsində investisiyaların qoyulmasına başlanacaq.”
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Getty Images
İsrailin təhlükəsizlik kabineti Netanyahunun Qəzzanı işğal etmək planını təsdiqləyib
Foto: AP
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?