Dünya

Pentaqon: Rusiya Ukraynada 100 minə yaxın əsgər itirib

10 Noyabr, 2022
2486

Açıq mənbələrdən götürülüb

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milley bildirib ki, Pentaqonun məlumatına görə, Ukraynadakı müharibədə ümumən 100 mindən çox rusiyalı hərbçi ölüb və yaralanıb. Amerikalı general əlavə edib ki, Ukrayna silahlı qüvvələri də yəqin, bu miqyasda itki verib.

Bu barədə "Radio Svoboda"-nın noyabrın 10-da yaydığı məlumatda deyilir. 

Mark Milley açıqlamasında həmçinin bildirib ki, onun hesablamalarına görə, müharibədə 40 minə yaxın ukraynalı mülki şəxs həlak olub.  

https://toplum.tv/dunya/duqin-onu-kremlin-beyni-adlandirirlar-putine-tesiri-ne-vaxtdan-baslayib

Davam edən hərbi müharibə fonunda bu təxminlərin müstəqil təsdiqinin əldə edilməsinin mümkünsüzlüyü də diqqətə çatdırılıb. 

Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə sentyabrın 21-də itkilər barədə məlumat verərək 5937 nəfərin öldüyünü bildirmişdi.

BBC-nin rus xidməti, "Mediazona" nəşri və könüllülər qrupu  təsdiqlənmiş ölüm xəbərlərinə əsasən, Ukraynada Rusiya hərbçilərinin itkilərinin siyahısını aparırlar. Noyabrın əvvəlində verilən məlumata görə, 8300 ölü haqqında xəbər var.

Ukraynadan ölən hərbçilərin sayı da açıqlanmır. İyulun ortalarında müdafiə nazirliyinin sözçüsü demişdi ki, itkilərin üzə çıxarılması “düşmən üçün işləməyə” bərabərdir. Yayın əvvəlində Ukrayna hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin 10 minə yaxın hərbçisinin həlak olduğunu bildirmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo