Dünya

Hindistanda göyərtəsində 240-dan çox insan olan təyyarə qəzaya uğrayıb 

12 İyun, 2025
24

Foto: Indianexpress

Hindistanın Əhmədabad şəhərində göyərtəsində 242 nəfər olan təyyarə qəzaya uğrayıb. 

"Air India" şirkətinə məxsus, "Boeing 787-8 Dreamliner" modelli təyyarə havaya qalxandan bir qədər sonra qəzaya uğrayıb. 

Londona istiqamətlənən təyyarədə 169 Hindistan, 53 Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub. 

Bu ana qədər 30 nəfərin öldüyü bildirilir, lakin bu rəqəmin artacağı gözlənilir. 

Hindistan mətbuatının yazdığına görə, təyyarə tibb tələbələrinin yataqxanasına çırpılıb və yataqxanada da xeyli ölən var. 

Aviasiya Təhlükəsizliyi Şəbəkəsinin məlumatına görə, bu, 2011-ci ildə istifadəyə verilməsindən bəri sözügedən modelin qəzaya uğradığı ilk insidentdir. 

Hadisənin səbəbləri hələ ki məlum deyil.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Rza Pəhləvi İran xalqını hökuməti devirməyə çağırıb 

13 İyun 2025

Foto: Reuters

Keçmiş İran şahının oğlu və İran hakimiyyətinin tənqidçisi Rza Pəhləvi İran xalqını hakimiyyəti devirməyə çağırıb.  “İranla bağlı davam edən böhranın yalnız bir həlli yolu var: İran xalqına həm ölkəni, həm də dünyanı girov saxlayan rejimi devirməkdə kömək etmək. İslam Respublikası İranın sərvətini xalqımıza xidmət etmək üçün deyil, yüz milyardlarla dolları uranın zənginləşdirilməsinə və gizli nüvə proqramına xərcləmək üçün talayıb, bununla da İranı müharibə astanasına gətirib çıxarıb. Bu rejim dünyanı aldatmağa çalışırdı. İndi isə ifşa olunub. Hesabat verməlidir”, - deyə ABŞ-da yaşayan Pəhləvi iyunun 12-də “X” səhifəsində yazıb.  İyunun 13-ə keçən gecə İsrailin İrana zərbələr endirməsindən sonra isə Pəhləvi “X”də yeni...
Dünya

İsrail İrana zərbələr endirib, SEPAH-ın baş komandanı öldürülüb

13 İyun 2025

Foto: AP

İsrail ordusu iyunun 13-ə keçən gecə İrana zərbələr endirib. Zərbələr nəticəsində İranın Tehran, Təbriz, Natanz və Kirmanşah şəhərlərində partlayışlar müşahidə olunub.  İsrail Baş naziri Benyamin Netanyahu televiziya vasitəsilə etdiyi çıxışda İranın Natanz şəhərindəki nüvə zənginləşdirmə müəssisəsinin hədəfə alındığını deyib. O bildirib ki, “Oyanan Şir” adlı əməliyyat “neçə gün lazımdırsa, o qədər də” davam edəcək.  Hücum nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Bageri, general Qulam Əli Rəşid və bir neçə nüvə alimlərinin öldürüldüyü bildirilir.  Bəyanatla çıxış edən İran Ali lideri Ayətullah Əli Xamenei İsraili cavab hücumu ilə hədələyib.  “Bu cinayətlə Sionist...

Seçilmiş Videolar

Toplum TV loqo