Manşet

9 beynəlxalq təşkilat “Abzas”çılara qarşı pis rəftarı pisləyib 

29 İyul, 2025
63

Foto: Abzas Media

9 beynəlxalq media təşkilatı həbsdə olan “Abzas Media” jurnalistlərinə qarşı pis rəftarı pisləyən bəyanat yayıb. 

İyulun 29-da yayımlanan birgə bəyanatda təşkilatlar jurnalistlərə qarşı “artmaqda olan pis rəftardan dərin narahatlıq” keçirdiklərini bildiriblər və Azərbaycan hakimiyyətini insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıblar. 

“Biz tələb edirik ki, hakimiyyət orqanları saxlanma şəraitinin insan ləyaqətinə uyğun və humanist olmasını təmin etsin, dərhal tibbi yardıma və hüquqi yardıma çıxışı mümkün etsin və Azərbaycanın beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etsin”, - deyə qeyd olunub. 

Təşkilatlar həbsdə aclıq edən “Abzas Media” direktoru Ülvi Həsənlinin “qəbuledilməz şərtlərdə” saxlanıldığını, Umbakı həbsxanasında ona təmiz paltar verilmədiyini, habelə təcridxana işçiləri tərəfindən zorakılığa məruz qaldığını bildiriblər. 

Bəyanatda Azərbaycan hakimiyyətindən Həsənlinin tələbi olan Bakı İstintaq Təcridxanasına qaytarılmasını təmin etməsi istənilir. 

Ülvi Həsənli iyulun 20-dən müddətsiz aclıq aksiyasına başladığını elan edib. O, bu qərarı Penitensiar Xidmətin məhkəmə qərarlarını yerinə yetirməməsi ilə əlaqələndirib.

Həsənli bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun Umbakı həbsxanasından Bakı İstintaq Təcridxanasına (BİT) köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın verdiyi vəsatəti 3 iyul tarixində təmin edib və bu qərar Penitensiar Xidmətə təqdim olunub. Lakin qərar hələ də icra olunmayıb.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırıldı

29 İyul 2025

Foto: Unicef

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı fəaliyyəti dayandırıldı. Xarici İşlər Nazirlyinin (XİN) məlumatına görə, bu münasibətlə nazir Ceyhun Bayramovla UNICEF-in Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullahı qəbul edib. Azərbaycanda fəaliyyəti dövründə UNICEF-lə əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə Saja Farooq Abdullaha təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb. Dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan təşkilat Azərbaycanda 1993-cü ildən fəaliyyyət göstərirdi. Azərbaycanda son dövrlərdə bəzi beynəlxalq təşkilatların fəaliyyəti məhdudlaşdırılıb. Bu ilin martında “Caliber.az” yazırdı ki, BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi (UNHCR), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və BMT-nin Uşaq Fondunun (UNICEF) Bakı nümayəndəliklərinə əməkdaşlıq formatına yenidən baxılması zərurəti ilə...
Manşet

Əliyevin qızları Bodrumda 500 milyon avroluq otel sərmayəsi qoyub

29 İyul 2025

Foto: Getty Images

Azərbaycan prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevaların Türkiyədə bir otelə 500 milyon avro investisiya yatırdığı bildirilir.  Türkiyənin “Sözcü” qəzetinin xəbərinə görə, Əliyevaların səhmdarları olduğu “Pasha Holding” şirkəti Bodrum bölgəsində yerləşən beşulduzlu “Mandarin Oriental Bodrum” kurort kompleksinin səhmlərinin 50 %-ni əldə edib.  Qeyd olunur ki, “ASTAŞ” şirkətinin İdarə Heyətinin sədri Vedat Aşçı ilə “Paşa Holdinq”in baş icraçı direktoru Cəlal Qasımovun ötən il imzaladığı şəriklik müqaviləsilə satınalma həyata keçirilib.  “Belə uğurlu bir layihənin sərmayəçisi olmaqdan qürur duyuram. Bodrumun dünya “jet-set” məkanları arasında yer almasına ciddi töhfə verdik. “Pasha Holding” ilə qurduğumuz bu gözəl ortaqlığın bizə verdiyi sevinclə yanaşı, ölkəmizə və...

Seçilmiş Videolar

Toplum TV loqo