Dünya

ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib

6 noyabr, 2026
37

Foto: Chatgpt

ABŞ-də aralıq seçkilərdən sonra texnologiya şirkətlərinin səhmləri kəskin ucuzlaşıb.
BBC-nin Rus xidməti yazır ki, eniş investorların süni intellektə yatırılan böyük məbləğlərin gəlirliliyi və məlumat mərkəzlərinin tikintisinə mümkün məhdudiyyətlərlə bağlı narahatlıqları fonunda baş verib.

Noyabrın 5-də ABŞ-nin yüksək texnologiya şirkətlərini birləşdirən “Nasdaq Composite” indeksi 5,5 faizdən çox geriləyib. “Dow Jones”un hesablamasına görə, indeksdə yer alan şirkətlərin ümumi bazar dəyəri təxminən 2,5 trilyon dollar azalıb. Bu rəqəm yalnız süni intellekt şirkətlərinin deyil, “Nasdaq”dakı bütün şirkətlərin dəyər itkisini əhatə edir.

Noyabrın 6-da Cənub-Şərqi Asiya və Avropa bazarlarında da eniş davam edib. Avropanın əsas fond indekslərindən biri olan “STOXX 600” səhər saatlarında təxminən 1 faiz geriləyib.

Süni intellekt infrastrukturu və məlumat mərkəzləri ilə əlaqəli şirkətlərin səhmlərində daha ciddi eniş qeydə alınıb. “Nvidia”nın səhmləri 9 faizdən çox ucuzlaşıb və şirkətin bazar dəyəri 400 milyard dollardan çox azalıb. AMD və “Micron”un səhmləri 17 faizdən çox, “Intel”in səhmləri isə 10,3 faiz düşüb. 

Elon Maskın “SpaceX” və “Tesla” şirkətlərinin səhmləri müvafiq olaraq 8 faiz və təxminən 11 faiz ucuzlaşıb. Bu iki şirkətin ümumi bazar dəyərinin bir gündə 300 milyard dollardan çox azaldığı bildirilir. 

İnvestorlar demokratların aralıq seçkilərdə qazandığı uğurun texnologiya sektoruna, xüsusilə məlumat mərkəzlərinin tikintisinə nəzarətin sərtləşməsinə səbəb ola biləcəyini düşünürlər. Bir sıra ştatlarda demokrat namizədlər məlumat mərkəzlərinin nəzarətsiz genişlənməsinə qarşı çıxışı seçki kampaniyalarının əsas mövzularından birinə çeviriblər.

ABŞ prezidenti Donald Tramp isə birjalardakı geriləməni demokratların seçki uğuru ilə əlaqələndirib.
“Bunu görmək çox kədərlidir, amma özlərindən başqa günahlandıracaq heç kim yoxdur”, - Tramp “Truth Social” platformasında yazıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Xameneinin müşaviri: “İran özünü Cənubi Qafqazda təhlükəsizliyi qorumaqdan məsul hiss edir”

6 noyabr 2026

açıq mənbə

İranın ali rəhbəri Müctəba Xameneinin müşaviri Əli Əkbər Vilayəti Tehranın Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı mövqeyinin dəyişməz olduğunu bəyan edib. Vilayəti “Ettelaat” qəzetində dərc olunan məqaləsində bildirib ki, İran Rusiyanın regionda iştirakının olub-olmamasından asılı olmayaraq, özünü Cənubi Qafqazda təhlükəsizliyin qorunmasına məsul hesab edir. O, Ermənistan parlamentinin “Tramp marşrutu” (TRIPP) layihəsini təsdiqləməsini və “Zəngəzur dəhlizi”nin yaradılması ilə bağlı təşəbbüsləri kəskin tənqid edib. Vilayətinin sözlərinə görə, bu layihə Azərbaycanla Naxçıvan arasında Ermənistanın nəzarət-buraxılış məntəqələri olmadan əlaqə yaradılmasını nəzərdə tutur və İran buna qəti şəkildə qarşı çıxır. İranlı rəsmi Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətini də tənqid edib, onun son illərdəki addımlarının Ermənistanın...
Dünya

Mirzoyan: “Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasıdır”

5 noyabr 2026

sosial media

Ermənistan 2027-ci ildə də qonşu ölkələrlə münasibətlərinin normallaşdırılması və inkişafı istiqamətində addımlar atacaq. “Armenpress”in məlumatına görə, bunu noyabrın 5-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin daimi komissiyalarının birgə iclasında çıxışı zamanı bildirib. Mirzoyan qeyd edib ki, Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanmasına nail olmaqdır. “Bizim öhdəliyimiz Azərbaycanla sülh sazişinin ən qısa zamanda imzalanmasını, daha sonra isə ratifikasiya olunmasını təmin etməkdir. Bununla yanaşı, sülhü daha da möhkəmləndirən addımları və əməkdaşlığın genişləndirilməsini, o cümlədən ikitərəfli ticarəti davam etdirəcəyik”, - nazir vurğulayıb. Ermənistanın Türkiyə ilə münasibətlərinə də toxunan Mirzoyan iki ölkə arasında dialoqun fəal və səmərəli xarakter aldığını...

Seçilmiş Videolar

Toplum TV loqo