Anadolu Agentliyi
İsrail hökuməti 1915-1917-ci illərdə Osmanlı ərazisində ermənilərin qətliamı ilə nəticələnmiş hadisələri soyqırımı kimi tanıyıb.
İsrail Xarici İşlər Nazirliyinin (XİN) iyunun 28-də verdiyi bəyanata görə, nazir Gideon Saarın bu barədə təklifi hökumət üzvləri tərəfindən yekdilliklə qəbul olunub. Qərar hələ parlament tərəfindən ratifikasiya olunmalıdır.
Qərarın Osmanlının varisi olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı tənqidlərinə cavab olaraq verildiyi deyilir.
İsrail XİN iyunun 27-də "X" səhifəsində Ərdoğanı "siyasi rəqiblərini təqib edən, jurnalistləri həbsə atan, kürdləri qətliama məruz qoyan, Kipr ərazisini işğal edən və cihadçı qrupları dəstəkləyən diktator" adlandırıb.
2023-cü ilin oktyabrında İsrail Qəzzada müharibəyə başlayandan bəri Türkiyə bu ölkəni fələstinlilərə qarşı soyqırımında ittiham edib.
İndiyə qədər 34 ölkə Osmanlı dövləti ərazisində erməni əhaliyə qarşı qətliamları soyqırımı kimi tanıyıb. Türkiyə isə bu ittihamı rədd edir, həmin vaxt ermənilərin əksəriyyətinin köçürülmə zamanı öldüyünü deyir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Açıq mənbə
unsplash.com
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Prokuror "Toplum TV işi” üzrə həbs olunanlara 13-16 il cəza istəyib
Təklif olunan yaşayış yerindən imtina edənlər məcburi köçkün statusunu itirə bilər