Siyasət

“Toplum TV işi” üzrə həbs olunan Ramil Babayev 29-cu doğum gününü həbsdə qeyd edir

29 İyun, 2026
223

Sosial media

İyunun 29-u “Toplum TV işi“ üzrə həbs olunmuş, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayevin doğum günüdür.

29 yaşını qeyd edən Ramil Babayev 2024-cü il martın 6-da "Toplum TV”-nin ofisində keçirilmiş əməliyyat zamanı saxlanılıb. 

İki ildən çox keçsə də, iş üzrə məhkəmə prosesi hələ başa çatmayıb. R.Babayev ötən müddət ərzində saxlanıldığı Bakı İstintaq Təcridxanasındakı qeyri-sanitar şərait, məhbuslara qarşı işgəncə halları və başqa məsələləri ictimailəşdirib. 

R.Babayev son üç ayda ümumilikdə 17 gün olmaqla iki dəfə aclıq aksiyası keçirib. Onun tələbləri arasında təcridxanada işgəncə hallarına və məhbuslar arasında ayrı-seçkiliyə son qoyulması, cərimə kameralarında sanitar vəziyyətin yaxşılaşdırılması, şikayətlərin ünvanlarına çatdırılmasının təmin olunması, siyasi məhbus kimi tanınan şəxslərin görüşlərinin dinlənilməməsi, eyni iş üzrə həbs olunmuş “Toplum TV“ həmtəsisçisi Ələsgər Məmmədlinin müalicəsinə icazə verilməsi və başqa tələblər var idi. 

R.Babayev aclığı bitirdiyini elan etdiyi müraciətində tələblərinin bir hissəsinin təmin olunduğunu bildirib. "İndiki mərhələdə zorakılıqla mübarizənin yeganə effektiv üsulu kimi zorakılıq qurbanlarının öz hüquqlarını bilməsi və etirazlarını dilə gətirməsi görünür", - o qeyd edib. 

R.Babayev məhkəmə proseslərindəki çıxışlarında dəfələrlə ona qarşı ittihamları rədd edib və siyasi sifariş olduğunu bildirib. 

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Həbs edilənlər öncə yalnız qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittihamlar ağırlaşdırılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”

21 Oktyabr 2026

sosial media

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb. Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib. Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu...
Siyasət

Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”

21 Oktyabr 2026

Toplum TV

Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir. Vəkil bu barədə sosial media hesabında məlumat yayıb. Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var. Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir. Sadıqova xatırladır ki, Aynur Elgünəş şiş...

Seçilmiş Videolar

Toplum TV loqo