Dünya

ÜST: “Avropada istilər 1300-dən çox insanın ölümünə səbəb olub”

29 İyun, 2026
25

Açıq mənbə

İyunun 21-dən bəri Avropada yüksək temperaturla əlaqədar 1300-dən çox ölüm halı qeydə alınıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus məlumat verib.

Onun sözlərinə görə, hazırda Avropada təxminən 150 milyon insan ekstremal istilərin təsiri altında yaşayır. Qebreyesus bildirib ki, qitədəki yaşayış evləri, iş yerləri və məktəblər belə yüksək temperatur şəraiti nəzərə alınmadan inşa edilib. Halbuki anomal istilər artıq demək olar ki, hər il müşahidə olunur.

"Avropa Yer kürəsində ən sürətlə istiləşən qitədir. Burada temperatur qlobal orta göstəricidən iki dəfə daha sürətlə artır", - deyə ÜST rəhbəri vurğulayıb.

O, Avropa ölkələrini isti hava şəraitində əhalinin sağlamlığının qorunması üçün xüsusi fəaliyyət planları hazırlamağa çağırıb.

Qebreyesusun sözlərinə görə, ÜST üzv dövlətlər və tərəfdaşlarla birlikdə ekstremal istilərin sağlamlıq üçün yaratdığı risklərin azaldılması istiqamətində fəaliyyət göstərir. Təşkilat əsas diqqəti hazırlıq tədbirlərinə, profilaktikaya və səhiyyə sistemlərinin bu cür vəziyyətlərə operativ cavab vermək imkanlarının gücləndirilməsinə yönəldir.

Fransanın Milli İctimai Səhiyyə Agentliyi daha əvvəl ölkədə istilər səbəbindən 1000-dən çox insanın həyatını itirdiyini açıqlayıb. Ölənlərin 85 faizini 65 və daha yuxarı yaşlı şəxslər təşkil edib. Agentlik qeyd edib ki, qocalar evləri və digər xüsusi müəssisələrdə baş verən ölümlərlə bağlı əlavə məlumatlar daxil olduqca bu rəqəmin artacağı gözlənilir.

İyun ayında Avropa ölkələrini bürüyən anomal istilər dalğası əvvəlcə Qərbi Avropanı əhatə edib, daha sonra Almaniya, Çexiya və Polşa istiqamətində şərqə doğru yayılıb. Belarusda isə isti hava ilə əlaqədar "qırmızı" təhlükə səviyyəsi elan olunub. Proqnozlara görə, iyunun 29-da ölkədə havanın temperaturu gündüz saatlarında şimal-şərqdə +29, cənub-qərbdə isə +39 dərəcəyədək yüksələcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail hökuməti "erməni soyqırımı"nı tanıyıb

29 İyun 2026

Anadolu Agentliyi

İsrail hökuməti 1915-1917-ci illərdə Osmanlı ərazisində ermənilərin qətliamı ilə nəticələnmiş hadisələri soyqırımı kimi tanıyıb.  İsrail Xarici İşlər Nazirliyinin (XİN) iyunun 28-də verdiyi bəyanata görə, nazir Gideon Saarın bu barədə təklifi hökumət üzvləri tərəfindən yekdilliklə qəbul olunub. Qərar hələ parlament tərəfindən ratifikasiya olunmalıdır.  Qərarın Osmanlının varisi olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı tənqidlərinə cavab olaraq verildiyi deyilir.  İsrail XİN iyunun 27-də "X" səhifəsində Ərdoğanı "siyasi rəqiblərini təqib edən, jurnalistləri həbsə atan, kürdləri qətliama məruz qoyan, Kipr ərazisini işğal edən və cihadçı qrupları dəstəkləyən diktator" adlandırıb.  2023-cü ilin oktyabrında İsrail Qəzzada müharibəyə başlayandan bəri Türkiyə bu ölkəni fələstinlilərə qarşı soyqırımında...
Dünya

Avropada rekord istilər: İspaniyada 200-dən çox insan ölüb

26 İyun 2026

unsplash.com

Avropada rekord istilər insan itkilərinə səbəb olur. İspaniyada son 4 gündə həddindən artıq isti hava ilə əlaqələndirilən azı 212 nəfər ölüb. Ötən yay isə ölkədə istilər səbəbindən 3 032 nəfər həyatını itirib. Almaniyada gecə temperaturu 26,2 dərəcədən aşağı düşməyib. Bu, son 145 ildə cəmi ikinci belə haldır. Fransada da rekord istilər davam edir. Parisdə temperatur 40,3 dərəcəyə çatıb. Ölkənin 72 bölgəsində ən yüksək hava xəbərdarlığı elan olunub, 3 500 məktəb bağlanıb. İtaliyada isti hava ilə bağlı böhran iclası keçiriləcək. Yerli KİV-in məlumatına görə, ölkədə bu həftə istilər səbəbindən azı 5 nəfər ölüb. İqlim tədqiqatçıları isə rekord istilərin davam edəcəyini proqnozlaşdırırlar. ...

Seçilmiş Videolar

Toplum TV loqo