İqtisadiyyat

Gömrük Xidmətinin rəhbərinə ünvanlanmayan vacib sual

29 İyun, 2026
27

Açıq mənbə

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun hökumətə yaxın media qurumlarına verdiyi son müsahibədə müxtəlif mövzular müzakirə edilib. Lakin müsahibə zamanı tərəflərin heç biri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Orta Dəhlizlə bağlı yeni açıqladığı hesabatda yer alan mühüm və problemli məqamlara toxunmayıb.

Söhbət OECD-nin hazırladığı və 2026-cı ildə yayılan “İqtisadi dəhlizlər çərçivəsində əlaqələrin qiymətləndirilməsi: Trans-Xəzər Nəqliyyat Dəhlizi nümunəsi" hesabatdan gedir.

Sənəd Ş.Bağırovdan fərqli olaraq hazırda Azərbaycanda gömrük-sərhəd sistemində rəqəmsal texnologiyaların tətbiqi ilə yanaşı başqa ciddi problemlərə də diqqət ayırmağı vacib sayır. İlk növbədə söhbət xarici ticarət qaydaları ilə bağlı məlumatların bütün maraqlı tərəflər üçün əlçatanlığından gedir. Burda məlumatlar dedikdə, zəruri hüquqi qaydaların təkcə internetdə açıqlanamsı yox, həm də onların analşıqlı formada izah edən bələdçilərin təqdim edilməsi, həmçinin müxtəlif elektron informasiya bazalarının mövcudluğu nəzərdə tutulur. Bu indicator xarici ticarətdə şəffaflıq və idarəçilik istiqamətinin ən mühüm göstəricilərindən biridir.

Azərbaycan OECD-nin 2 ballıq qiymətləndirməsinə əsasən, bu göstərici üzrə Orta Dəhliz ölkələri arasında Qazaxıstan, Gürcüstan və Türkiyədən ibarət dörd ölkə içərisində 3-cü yerdə qərarlaşıb. Ən yüksək göstərici isə Türkiyə və Gürcüstanda qeydə alınıb.

Xarici ticarətdə şəffaflığın başqa göstəricilərinə görə də Türkiyə və Gürcüstandan geri qalır. Məsələn, xarici ticarət əməliyyatlarının iştirakçılarının proseslərə cəlb edilməsinə görə Azərbaycan 4 ölkə arasında sonuncu, şikayət mexanizmlərinə görə 3-cü, qərarların obyektiv və qərəzsiz qəbuluna görə 3-cü sırada qərarlaşıb.

OECD-nin hesabatına görə, ticarət prosedurlarının mürəkkəbliyi göstəricisi üzrə də Azərbaycan region ölkələrindən geri qalır. Belə ki, 2 ballıq qiymətləndirməyə əsasən, sənədləşmə prosedurları üzrə Gürcüstan və Türkiyə 1,9 balla siyahıda ilk yerləri tutur. Qazaxıstan 1,1 balla növbəti yerdə qərarlaşdığı halda, Azərbaycan 1 balla sonuncu yerdədir. Bu qiymətləndirmə gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin sayı və sənədləşmə prosedurlarının sadəliyi əsasında aparılır.

Maraqlıdır ki, Dövlət Gömrük Komitəsinin sədri müsahibəsində gömrük sahəsində informasiya texnologiyalarının geniş tətbiqindən ətraflı bəhs etsə də, OECD-nin qiymətləndirməsi prosedurların avtomatlaşdırılması səviyyəsi üzrə fərqli mənzərə ortaya qoyur. Hesabata əsasən, bu göstərici üzrə ən aşağı nəticə Azərbaycana məxsusdur. Gürcüstan siyahıya liderlik edir, Türkiyə və Qazaxıstan isə ikinci və üçüncü yerlərdə qərarlaşıb. Qiymətləndirmə elektron bəyannamələrin tətbiqi, onlayn məlumat mübadiləsi, risk əsaslı elektron nəzarət və digər müvafiq subindikatorlar əsasında aparılıb.

Nəhayət, hesabatda təqdim olunan başqa bir göstəriciyə - “rüsum və ödənişlər” indikatoruna görə də Azərbaycan bölgənin Orta Dəhliz ölkələri qrupnun autsayderidir. Bu göstərici gömrük əməliyyatlarına görə ödənişlərin tətbiqinin nə dərəcədə şəffaf və iqtisadi cəhətdən əsaslandırılmış olduğunu qiymətləndirir. Həmin indikator üzrə Türkiyə və Qazaxıstan ən yuxarı sırada (1,8 bal) dayanır.

Məsələni şərh edən ekspertlərin fikrincə, Gömrük Xidmətinin rəhbəri məhz bu hesabatdakı göstəricilərə görə niyə ölkənin region ölkələrindən geri qaldığını, irəliləmək üçün hansı addımların atılmalı olduğunu deməli idi. Onların qənaətincə, bunun əvəzində Şajin Bağırov hər hansı fakt və ya statistik əsaslandırma təqdim etmədən bəzi göstəricilər üzrə Azərbaycanın regionun lideri olduğunu deməkdən çəkinməyib.

Müstəqil ekspertlər hesab edirlər ki, komitə sədrinin müsahibədə səsləndirdiyi bir sıra fikirlər real faktlarla əsaslandırılmayıb. Məsələn, rəqəmsallaşma və idarəetmə islahatları nəticəsində malların sərhəddə gözləmə müddətinin son beş ildə nə qədər qısaldığı, bunun hesabına sahibkarların logistika xərclərinin nə qədər azaldığı və digər göstəricilər barədə konkret məlumat təqdim edilməyib.

Komitəs sədrinin “yaşıl dəhliz”lə bağlı açıqladığı məlumat da real mənzərəni ortaya qoyur. Onun dediyinə görə, hazırda cəmi 774 şirkət bu sistemdən yararlana bilir. Halbuki xarici ticarət əməliyyatında iştirak edən hüquqi şəxslərin sayı 9 minə yaxındır. Bu o deməkdir ki, indi bütün şirkətlərin cəmi 8-9 faizii “yaşıl” dəhlizdən istifadə edə bilir.

Təhlilçilərin fikrincə, bu dəhliz gömrük xidmətinin etibarını qazanmış sahibkarlar üçün sadələşdirilmiş gömrük buraxılışı imkanı yaradır. “Yaşıl dəhliz”dən keçid statusu qazanan sahibkar üçün gömrük rəsmiləşdirilməsi sürətləndiyi, fiziki baxış, həmçinin sənəd yoxlamaları minimuma endiyi üçün mallar daha tez buraxılır ki, nəticədə logistika və anbar xərcləri də azalmış olur. Təhlilçilər hesab edirlər ki, Komitə sədri müsahibəsində son illər yeni mexanizmdən istifadə edənlərin sayında necə dəyişiklik baş verdiyini, nə qədər şirkətin müraciətindən imtina edildiyini, 774 şirkətin ölkənin ümumi xarici ticarət dövriyyəsinə sahib olduğunu da açıqlaya bilərdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Dövlət borcunun görünməyən tərəfi: Təminat Fondunun resursları niyə tükənir?

22 İyun 2026

Toplum TV

Prezident İlham Əliyev də daxil olmaqla, iqtisadiyyata cavabdeh rəsmilərin dövlət borcunun aşağı səviyyəsini mütəmadi olaraq ölkənin iqtisadi gücünün əsas göstəricilərindən biri kimi təqdim etdikləri bir dövrdə, Hesablama Palatasının yaydığı açıqlama diqqət çəkib. Palatanın 2025-ci il üzrə dövlət büdcəsinin icrasına dair rəyində bildirilir ki, dövlət borcu və dövlət zəmanətli öhdəliklərlə bağlı Təminat Fondunun sərəncamında olan vəsaitlərin həcmi 2025-ci ilin sonuna 61 faiz azalaraq 419 milyon manatdan 164 milyon manata enib. Son 5 ildə (2020-2025-ci illərdə) isə 11 dəfəyə yaxın azalıb. Belə ki, 2020-ci ilin sonuna Fondun vəsaitlərinin ümumi qalığı 1,980 milyard manat olmuşdur. Təminat Fondu dövlət borclarının qaytarılması məqsədilə yaradılan büdcədənkənar...
İqtisadiyyat

İcbari Tibbi Sığorta Fonduna ödənişlər niyə azalır?

16 İyun 2026

president.az

Maliyyə Nazirliyi ilin ilk 4 ayı üzrə icmal büdcəni formalaşdıran və hökumətin sərəncam verdiyi ayrı-ayrı büdcələrə dair hesabatı açıqlayıb. Hesabatda diqqət çəkən məqam əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-aprel aylarında İcbari Tibbi Sığorta Fonduna məcburi ödənişlərin məbləğinin azalmasıdır. Belə ki, cari ilin qeyd olunan dövründə Fonda 820,5 milyon manat daxil olub ki, bunun 450 milyon manatı dövlət büdcəsinin transfertindən ibarətdir. Yəni, Tibbi Sığorta Fondunun büdcə dəstəyi olmadan gəlirləri 370,5 milyon manat təşkil edir və bu, əvvəlki ilin göstəricisindən 17 milyon manat, yaxud 2,2 faiz azdır. Fondun transfertsiz gəlirləri sahibkarlıq subyektlərinin və muzdlu işçilərin aylıq ödənişlərindən formalaşır. “Tibbi...

Seçilmiş Videolar

Toplum TV loqo