Dünya

Kadırov 20 yaşlı oğluna “Çeçenistan Qəhrəmanı” adı verib

10 Avqust, 2026
7

Telegram

Çeçenistan rəhbəri Ramzan Kadırovun 20 yaşlı oğlu Əhməd Kadırov respublikanın ən yüksək dövlət təltifi sayılan “Çeçenistan Qəhrəmanı” adına layiq görülüb.
Sərəncamı Ramzan Kadırov imzalayıb. Sənəddə Əhməd Kadırovun bu ada Çeçenistana “şəxsi xidmətlərinə”, eləcə də bədən tərbiyəsi və idmanın inkişafına verdiyi töhfəyə görə layiq görüldüyü bildirilir.

Əhməd Kadırov 2024-cü ilin mayından Çeçenistanın idman naziri, 2026-cı ilin fevralından isə respublika hökuməti sədrinin təhsil məsələləri üzrə müavinidir.

“Çeçenistan Qəhrəmanı” adı 2022-ci ilin noyabrında təsis olunub və respublikanın ən yüksək dövlət mükafatı hesab edilir. Bu ada ilk dəfə 2022-ci ilin dekabrında Ramzan Kadırov özü layiq görülüb.

Əhməd Kadırov son illərdə bir sıra digər mükafatlar da alıb. O, 2024-cü ildə “Əhməd Kadırov” ordeni, daha sonra Çeçenistan parlamentinin “Daymexkan Sii” (“Vətənin şərəfi”) ordeni və İslam dininə xidmətə görə I dərəcəli ordenlə təltif edilib. 2025-ci ildə Qroznının fəxri vətəndaşı seçilən Əhməd Kadırov 2026-cı ildə Nikolay Ozerov medalı və Rusiya prezidenti Vladimir Putinin fəxri fərmanı ilə də mükafatlandırılıb.

Əhməd Kadırov bu ada layiq görülən ilk yaxın qohum deyil. 2023-cü ildə Ramzan Kadırovun o vaxt 15 yaşında olan digər oğlu Adam Kadırov da “Çeçenistan Qəhrəmanı” adını alıb. O, 2026-cı ilin iyununda bu ada ikinci dəfə layiq görülüb.

Ramzan Kadırov özü də 2025-ci ildə ikinci dəfə “Çeçenistan Qəhrəmanı” adına layiq görülüb. Bu titul onun qardaşı oğlu Xamzat Kadırova da 2023-cü ildə, 26 yaşında olarkən verilib. Rəsmi açıqlamada mükafat onun müxtəlif sahələrdə fəaliyyət göstərməsi və respublika rəhbərinin “layiqli silahdaşı” olması ilə əsaslandırılsa da, konkret xidmətləri açıqlanmayıb


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İran XİN: “Ukrayna İrana vurduğu ziyanı könüllü şəkildə ödəməlidir”

10 Avqust 2026

sosial media

“Ukrayna Xəzər dənizində gəmiyə hücum zamanı İrana vurduğu ziyanı könüllü şəkildə ödəməlidir. Əks təqdirdə, buna özümüz nail olacağıq”. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib. İran XİN sözçüsü qeyd edib ki, Ukrayna rəsmilərinin etirafından sonra dəymiş zərər mütləq şəkildə kompensasiya edilməlidir: “Hələ də bildiririk ki, Ukrayna tərəfinin bu hadisənin təsadüfən baş verdiyinə dair iddiaları bizi inandırmadı. Biz onların izahatlarını dinlədik, lakin Ukrayna tərəfinin bəyanatlarına əsasən, onlar dəymiş ziyanı ödəməyə borcludurlar”. İranın xarici işlər naziri Abbas Əraqçı iyulun 26-da Ukrayna prezidenti Volodimir Zelenskini Xəzər dənizində İrana məxsus kommersiya gəmisinə hücumda ittiham edib. Zelenski isə iyulun 25-də Ukrayna ordusunun Xəzər...
Dünya

Ukraynanın Tatarıstana dron hücumunda azı 13 nəfər ölüb

10 Avqust 2026

sosial media

Ukraynanın Tatarıstana endirdiyi pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində azı 13 nəfər ölüb. Bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti avqusun 10-da məlumat yayıb. Mətbuat xidməti yaralıların sayının 48 nəfərə çatdığını da açıqlayıb. Rəsmilərin məlumatına görə, ölənlər arasında bir uşaq da var. Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından bəri ölkə ərazisində baş vermiş ən ölümcül hücumlardan biri hesab olunur. Ukrayna hələlik sərhəddən 1100 kilometrdən çox məsafədə yerləşən Nijnekamsk şəhərinə endirilən zərbə ilə bağlı rəsmi açıqlama verməyib. Bununla belə, Ukrayna Silahlı Qüvvələri Nijnekamskdakı Tanevo neft emalı zavodunun vurulduğunu təsdiqləyib. Ukraynanın müdafiə texnologiyaları şirkəti FirePoint isə hücumda FP-1 tipli pilotsuz aparatların istifadə...

Seçilmiş Videolar

Toplum TV loqo