Dünya

“Telegram” Dağıstan və Çeçenistanda bloklanıb

10 Mart, 2025
46

açıq mənbədən götürülüb

Rusiya hökuməti “Telegram” messencerinin Dağıstan və Çeçenistanda bloklanması haqqında qərar verib.

Bu barədə Dağıstan Respublikasının rəqəmsal inkişaf naziri Yuri Qamzatov açıqlama verib. 

Qamzatov deyib ki, qərar federal hökumət səviyyəsində hüquq-mühafizə orqanları tərəfindən verilib. O, qərara əsas kimi Rusiyanın “düşmənlərinin” “Telegram”-dan tez-tez sui-istifadə etdiyini göstərib və 2023-cü ilin oktyabrında Maxaçkala aeroportunda İsrail əleyhinə baş tutan nümayişləri nümunə verib. 

Qamzatov gələcəkdə “Telegram”-a qarşı blokun aradan qaldırılacağını istisna etməyib. Hələ ki, nazir sakinlərə alternativ kimi Rusiya şirkəti olan “VKontakte” tətbiqindən istifadə etməyi məsləhət görüb.

Şimali Qafqazda “Telegram” istifadəsində qısıtlamalar 2024-cü ildən bəri sosial şəbəkə istifadəçiləri arasında müşahidə olunurdu. “Telegram”-ın yaradıcısı və icraçı direktoru Pavel Durovdur. O, həmçinin “VKontakte”nin yaradıcısı və keçmiş icraçı direktorudur. 

2013-cü ildə onun rəhbərlik etdiyi “VKontakte” Kiyevdə keçmiş Rusiyayönümlü Ukrayna prezidenti Viktor Yanukoviçə qarşı nümayişlərin baş qaldırmasında ciddi rol oynayıb. 

Həmin vaxt Rusiya hökuməti ukraynalı istifadəçilərin şəxsi məlumatlarını Durovdan tələb etsə də, o buna əməl etməyib. O, daha sonra şirkətin özünə aid olan səhmlərini satıb və Rusiyanı tərk edib. 

Mərkəzi Dubayda olan “Telegram”ın dünya üzrə 1 milyarda qədər istifadəçisi var və əsasən Rusiya, Ukrayna və başqa post-Sovet ölkələrində istifadə olunur. 

Ötən ilin dekabrında daha bir məşhur messencer tətbiqi “Viber” də Rusiyada bloklanıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Donald Tramp Fələstinə dəstək olanları ölkədən qovmaqla hədələyir

11 Mart 2025

Anadolu agentliyi

ABŞ Prezidenti Donald Tramp Fələstinə dəstək olan etirazçıları həbs və ölkədən qovmaqla hədələyir. Bu hədənin fonunda artıq ilk Fələstin tərəfdarı həbs olunub və deportasiya olunmaq təhlükəsi ilə üzləşib.  Kolumbiya Universitetində magistratura üzrə təhsilini dekabrda tamamlayan və “yaşıl kart”la ABŞ-da yaşamağa davam edən Mahmud Xəlil martın 8-i İmmiqrasiya və Gömrük İcrası (İCE) rəsmiləri tərəfindən həbs olunub. O, hazırda Luiziana ştatında təcridxanada saxlanılır.  Martın 10-u ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında Xəlili “radikal xarici Həmas tərəfdarı” adlandırıb və həbslərin davam edəcəyinə söz verib.  “Biz bilirik ki, Kolumbiya və ölkədəki digər universitetlərdə terrorizm, antisemitizm, anti-Amerika fəaliyyətində iştirak edən daha çox tələbə var...
Dünya

Moskvaya dron hücumundan ölən və yaralananlar var

11 Mart 2025

Reuters

Martın 11-də Moskva və Moskva vilayətinə dron hücumları baş tutub.  Vilayətin qubernatoru Andrey Vorobyov deyib ki, hadisə nəticəsində bir nəfər ölüb və üç nəfər yaralanıb.  Rusiya müdafiə nazirliyi bəyanatında bildirib ki, hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus olan və 90-dan çoxu Moskva vilayətini hədəfə alan 337 dronu zərərsizləşdirib. Əlavə olunub ki, digər dronlar Kursk, Bryansk, Ryazan, Belqorod və başqa vilayətlər üzərində vurulub.  Moskva şəhərinin meri Sergey Sobyanin “Telegram”-da hücumun Moskvaya qarşı edilmiş ən böyük dron hücumu olduğunu deyib.  Hadisə nəticəsində yaşayış binaları dron qalıqlarından zərər görüb. Moskva və ətrafındakı hava limanları təhlükəsizlik səbəbilə uçuşları dayandırıb və yolu Moskvaya olan təyyarələr...

Seçilmiş Videolar

Toplum TV loqo