Dünya

Los-Ancelesdə komendant saatı tətbiq edilib

11 İyun, 2025
54

Foto: AP

Ağ Evin immiqrasiya siyasətinə qarşı etirazlar fonunda Los-Ancelesdə  komendant saatı tətbiq edilib.

Məlumatı Los-Ancelesin meri Karen Bass "X" hesabında paylaşıb.

Merin sözlərinə görə, bu qərar “vandalizm və talançılığı dayandırmaq” üçün verilib. 

O, etirazlar nəticəsində onlarla şəhər infrastrukturunun artıq zədələndiyini bildirib.

Mer ABŞ Prezidenti Donald Trampın eskalasiyanı daha da gərginləşdirdiyini qeyd edib.

Məhdudiyyətlər yerli vaxtla saat 20:00-dan (11 iyun Moskva vaxtı ilə 06:00) saat 06:00-dək qüvvədə olacaq

Los-Ancelesdəki iğtişaşlar qeyri-qanuni mühacirlərə qarşı reydlərdən sonra başlayıb və 44 nəfər saxlanıb. Etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və qumbaraatanlardan istifadə edilib.

ABŞ hökuməti Kaliforniyaya Milli Qvardiyaçıları və dəniz piyadalarını göndərib. 
Tramp administrasiyası bu qərarı “federal işçilər və binalar üçün təhdidlərin artması” ilə əsaslandırıb.

Dövlət rəsmiləri qərarın əleyhinə çıxış ediblər. Qubernator Qavin Nyusom  Los-Ancelesə Milli Qvardiya qoşunlarının yeridilməsinə görə Trampı, Pentaqonu və müdafiə naziri Pit Heqseti məhkəməyə verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

ABŞ Dövlət Departamenti: Azərbaycan hökuməti sosial mediada trollardan istifadə edir 

13 Avqust 2025

Foto: Shutterstock

ABŞ Dövlət Departamenti 2024-cü ildə dünya ölkələrində insan haqlarının vəziyyətinə dair hesabatlarını dərc edib.  Azərbaycana aid hesabatda bildirilir ki, ölkədə insan haqlarının durumunda ötən illərlə müqayisədə əsaslı dəyişiklik olmayıb.  Hesabatda Azərbaycanda ötən il polis və həbsxana işçiləri tərəfindən, həbsdə olan şəxslərin öldürülməsi barədə məlumatlar olduğu qeyd olunub. Buna nümunə olaraq həmin il iyunun 14-də Sumqayıtda polis idarəsində Elvin İskəndərov adlı vətəndaşın öldürülməsi xəbərinə istinad edilib.  Daha sonra Dağlıq Qarabağdan erməni əhalinin etnik təmizlənməsinə dair “Freedom House” hesabatına və ərazidə erməni mədəni irsinin məhv edilməsinə dair “Caucasus Heritage Watch” hesabatına istinad edilib.  Mətbuat azadlığı hissəsində Azərbaycan hökumətinin bu kimi azadlıq və...
Dünya

ABŞ və Ermənistan birgə hərbi təlimlərə başlayıb 

12 Avqust 2025

Foto: mil.am

Avqustun 12-də Ermənistan və ABŞ hərbçilərinin birgə hərbi təlimləri başlayıb.  Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, açılış mərasimində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn və yüksək rütbəli hərbçilər qatılıblar. Təlimlərin beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə keçirildiyi və avqustun 20-dək davam edəcəyi bildirilir.  Təlimlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunub.

Seçilmiş Videolar

Toplum TV loqo