Məhkəmə

Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”

12 Avqust, 2025
3215

Foto: VOA

Hazırda həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov avqustun 12-də nənəsi Zibeydə Osmanovaya zəng edərək təcili həbsxanaya gəlməsini istəyib.

Bu barədə ictimai fəal Əmrah Təhməzov Zibeydə Osmanovaya istinadən məlumat verib.

Z.Osmanovanın sözlərinə görə, telefon zəngindən sonra o Umbakıdakı həbsxanada Bəhruz Səmədovla görüşüb. 

“Mənə dedi ki, sabah məhkəməyə getməyəcəm. Elə əsas onu deyir ki, sülh müqaviləsi bağlayırlar, niyə məni azadlığa buraxmırlar?”. 

Nənəsi bildirir ki, Bəhruz Səmədov həm də məhkəmələrin qapalı keçirilməsindən narahatdır: “Mənim günahımı sübut etmirlər, edə bilmirlər. Mən niyə qapalı məhkəməyə getməliyəm?” , –  Səmədov nənəsinə deyib.

Sülh fəalı məhkəmələr qapalı keçirilməyə davam edərsə, prosesə getməkdən birdəfəlik imtina edəcəyini də qeyd edib.

Zibeydə Osmanova Bəhruz Səmədovun həyatına görə narahat olduğunu deyib.

Bildirib ki, nəvəsi bundan öncə həbsinə etiraz olaraq 2 dəfə intihara cəhd edib.

“Hər ikisində son anda kimlərsə onu xilas edib. “3-cü dəfə isə intihar edib, həyatıma son qoyacam” deyib. Nəvəmə qovuşmaq, dövlətin onu azad etməyini istəyirəm”, - sülh fəalının nənəsi belə deyib.

Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. 
Sülh fəalı dövlətə xəyanətdə ittiham olunub. Cinayət işində iddia olunur ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. 

Bəhruz Səmədov məhkəmələrinin birində vurğulayıb ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülh tərəfdarı olub. 

O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların ölməsinə qarşı olduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul 2026

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.  Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.  S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya...
Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul 2026

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib.  İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib. İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb.  Tədqiqatçı əlavə edib ki, məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo