Dünya

Lukaşenko “ekstremist” maddələri ilə məhkum olunan 32 nəfəri əfv edib

1 iyul, 2026
94

president.az

Belarus prezidenti Aleksandr Lukaşenko Müstəqillik Günü ərəfəsində 32 məhkumu əfv edib.

Bu barədə Lukaşenkonun mətbuat xidməti ilə əlaqəli "Pul Pervoqo" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, əfv olunanlar arasında 20 qadın və 12 kişi var. Onlardan 28-i Belarus hakimiyyətinin "ekstremist xarakterli" adlandırdığı ittihamlarla məhkum edilib.

"Qərar məhkumlara və onların ailələrinə münasibətdə humanizm prinsipi rəhbər tutularaq qəbul edilib. Onların hamısı əfv üçün müraciət edib, təqsirlərini etiraf edib və peşman olduqlarını bildiriblər", – məlumatda qeyd olunub.

Bu, Lukaşenkonun son dövrdə verdiyi ilk əfv qərarı deyil. Bundan əvvəl o, 18 nəfəri, o cümlədən “ekstremist” maddələrlə məhkum edilmiş 15 şəxsi azadlığa buraxmışdı.

“Vyasna” İnsan Hüquqları Mərkəzinin məlumatına görə, 2024-cü ilin iyulundan 2025-ci ilin sonunadək Belarusda əfv qərarları nəticəsində 569 siyasi məhbus azad edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fransa 700-dən çox supermarketə kiberhücumda İranı ittiham edir

10 noyabr 2026

sosial media

Fransa hakimiyyəti ölkədə yüzlərlə supermarketə qarşı həyata keçirilən genişmiqyaslı kiberhücumun arxasında İranın dayandığını iddia edir. Hücum nəticəsində soyuducu və dondurucu sistemlərin fəaliyyəti pozulub, milyonlarla avro dəyərində ərzaq məhsulu yararsız hala düşüb, azı 15 yanğın baş verib. Fransa Xarici İşlər Nazirliyinin noyabrın 9-da yaydığı bəyanata görə, oktyabrın 11-dən 12-nə keçən gecə baş verən hücum ölkə üzrə 700-dən çox ticarət obyektini əhatə edib. Paris hadisəyə görə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələndirilən “Şəhid Kaveh” adlı kiberqrupu məsul hesab edir. Fransa tərəfinin bildirdiyinə görə, hakerlər mağazalardakı soyuducu avadanlıqların uzaqdan idarəetmə sistemlərinə daxil olaraq onların iş rejimini dəyişdiriblər. Nəticədə soyuducularda ərimə prosesi...
Dünya

İran XİN: “Ermənistan TRIPP layihəsinin sərhədləri dəyişməyəcəyinə təminat verib”

10 noyabr 2026

sosial media

Ermənistan İranı əmin edib ki, Ermənistanın Sünik vilayətindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi regionun sərhədlərini və geosiyasi mənzərəsini dəyişməyəcək. “Mehr” agentliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib. “Biz dəfələrlə mövqeyimizi ifadə etmişik. Nəqliyyat yollarının blokadadan çıxarılmasını alqışlamışıq və vurğulamışıq ki, bu layihələr regionun geosiyasətinin dəyişməsinə gətirib çıxarmamalıdır”, - deyə Bəqai qeyd edib. İran rəsmisinin sözlərinə görə, ABŞ-nin regiondakı mövcudluğu və təsiri həmişə “təhlükəsizlik problemləri ilə müşayiət olunub”. “Biz narahatlıqlarımızı Ermənistana bildirmişik və bu layihənin sərhədlərin dəyişməsinə səbəb olmayacağına dair əmin edilmişik”, - o əlavə edib. TASS agentliyi də...

Seçilmiş Videolar

Toplum TV loqo