sosial media
Gürcüstan hakimiyyətinə qarşı müxalif mövqeyi ilə seçilən “Mtavari” telekanalı fəaliyyətini tamamilə dayandırıb.
Bu barədə kanalın rəhbərliyi “Facebook” səhifəsində bəyanat verib.
“Beş il səkkiz ay ərzində burada əsas siz idiniz - tamaşaçılarımız, gürcü cəmiyyəti və hamımızı birləşdirən dəyərlər. Bizi məhv edən elə bu keçilməz divarları tikməyə kömək edən insanlar oldu. Təsisçilərimizdən biri şəxsi mənfəəti üçün və ya qisas məqsədi ilə “Mtavari”ni bağladı, bununla da Rusiyapərəst rejimə böyük xidmət göstərdi”, - bəyanatda deyilir.
Telekanal yayımını fevralda dayandırsa da fəaliyyətini veb saytında və sosial mediada xəbərlər verməklə davam etdirib.
Mməkdaşlar icraçı direktor Giorgi Qabuniyadan kanalın mayın 1-dən fəaliyyətini dayandıracağı haqda məktub alıblar.
Qabuniya daha əvvəl kanalın səhmlərinin 40%-ə sahib olan biznesmen Zaza Okuaşvilini “süni maliyyə krizisi” yaratmaqda günahlandırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Reuters
Dojd