İsrailin maliyyə naziri: Qəzza ilə bağlı biznes planı Trampın masasındadır
Foto: AP
İsrailin maliyyə naziri Becalel Smotriç Qəzza zolağını "daşınmaz əmlak biznesi üçün potensial qazanc mənbəyi” kimi təsvir edib.
O iddia edib ki, müharibədən sonra anklavın necə bölünməsi barədə ölkəsi ilə ABŞ danışıqlar aparır.
Sentyabrın 18-də Təl-Əvivdə keçirilən Şəhərsalma Sammitində çıxış edən nazir bildirib ki, İsrail və ABŞ müharibə üçün “çox pul xərcləyiblər, ona görə də Qəzzadakı torpaq satışlarından faizləri bölüşməlidirlər”.
Smotriç, həmçinin, Qəzzaya dair biznes planın ABŞ prezidenti Donald Trampın "masasının üzərində olduğunu" deyib.
“Biz söküntü mərhələsini həyata keçirmişik. Bu, hər zaman şəhərsalmanın ilk mərhələsidir. İndi isə inşa etməliyik”, – o bildirib.
Ağ Evdən Smotriçin açıqlamasına cavab olaraq "CNN"-ə deyilib ki, Tramp "uzun müddətdir Qəzzanın yenidən qurulmasına kömək edəcək həlləri təşviq edir.”
“Lakin əvvəlcə HƏMAS silahı yerə qoymalı və Qəzzada hakimiyyətdən imtina etməlidir", - deyə əlavə olunub.
Smotriçdən əvvəl İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir də oxşar açıqlamalar verib.
Ben Qvir bildirib ki, İsrail Qəzza şəhərindəki əməliyyatı başa çatdırdıqdan sonra şəhərdə israilli polis əməkdaşları üçün “möhtəşəm bir məhəllə” tikməyi planlaşdırır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Getty Images
Foto: Getty Images
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib