Dünya

Sloveniya Netanyahuya sanksiya tətbiq edən ilk Aİ ölkəsi olub 

25 Sentyabr, 2025
96

Foto: BMT

Sloveniya hökuməti sentyabrın 25-də İsrail baş naziri Benyamin Netanyahuya səyahət qadağası qoyub. 

Sloveniya bu qərarı verən ilk Avropa İttifaqı (Aİ) ölkəsi olub. 

Avqustda da Sloveniya İsrailə silah satışı qadağası qoyan ilk Aİ ölkəsi olmuşdu. Bundan əvvəl isə ölkə israilli nazirlər İtamar Ben Qvir və Becalel Smotriçə də fələstinlilərə qarşı soyqırımına çağırış ittihamı ilə sanksiya tətbiq etmişdi.

Sloveniya 2024-cü ilin iyununda Fələstin dövlətini tanıyıb və hökumət üzvləri ardıcıl olaraq İsrailin Qəzzada apardığı müharibəni tənqid edib. 

Ölkə prezidenti Natasa Pirk Musar İsrailin Qəzzada apardığı müharibəni "soyqırımı" adlandırıb. 

Sentyabrın 23-də BMT Baş Assambleyasında çıxış edən Musar müharibənin dayandırılması üçün çağırış edib. 

“Biz doğru olanı etməliyik. Holokostu dayandırmadıq, Ruandadakı soyqırımı dayandırmadıq, Srebrenitsadakı soyqırımı da dayandırmadıq. Qəzzadakı soyqırımı dayandırmalıyıq. Artıq heç bir bəhanə yoxdur. Heç bir", - o deyib. 

Benyamin Netanyahu haqqında Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) müharibə cinayətləri ittihamı ilə həbs orderi var. 

İsrail baş naziri sentyabrın 25-də Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında çıxış etmək üçün BCM-yə üzv olmayan ABŞ-yə təyyarə ilə yola düşüb. 

Uçuş monitorinqi saytları baş nazirin təyyarəsinin Avropa ölkələri üzərindən deyil, Aralıq dənizi üzərindən uçmasını qeydə alıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

ABŞ əsgərlərini itaətsizliyə çağıran Kolumbiya prezidentinin vizası ləğv olunub

27 Sentyabr 2025

Foto: açıq mənbədən götürülüb

ABŞ Dövlət Departamenti sentyabrın 26-da Kolumbiya prezidenti Qustavo Petronun vizasını ləğv etdiyini bildirib.  Açıqlamaya əsasən, buna səbəb prezidentin Nyu-Yorkda küçə etirazı zamanı “təxribatçı hərəkətləri" olub.  “Bu gün Kolumbiya prezidenti Qustavo Petro Nyu-Yorkda küçədə dayanaraq ABŞ əsgərlərini əmrlərə tabe olmamağa və zorakılıq etməyə çağırıb”, – deyə Dövlət Departamenti "X" səhifəsində bildirib. Petro həmin gün sosial şəbəkə hesabında ispan dilində küçədə böyük bir kütləyə meqafonla müraciət etdiyi video paylaşıb. Videoda onun “dünyanın bütün millətlərini” ABŞ ordusundan “daha böyük bir ordu” yığmaq üçün əsgər göndərməyə çağırdığı eşidilir.  “Buna görə də, buradan – Nyu-Yorkdan ABŞ ordusundakı bütün əsgərlərə müraciət edirəm: silahlarınızı insanlığa tuşlamayın. Trampın...
Dünya

Ərdoğan: HƏMAS terror təşkilatı deyil 

23 Sentyabr 2025

Foto: Anadolu Ajansı

BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Fox News" telekanalına müsahibə verib.  Müsahibədə Ərdoğandan Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşmasını terror təşkilatı kimi tanıyıb-tanımadığı soruşulub.  "Mən 20 il əvvəl ABŞ-yə səfər edəndə də mənə bu sualı verdilər. O vaxt da demişdim ki, yox, mən HƏMAS-ı müqavimət qrupu olaraq görürəm. HƏMAS-ın nə silahı, nə də ciddi imkanları var. Onlar sadəcə əllərində olanla özlərini müdafiə edirlər", - Ərdoğan deyib.  2007-ci ildən Qəzza zolağına nəzarət edən HƏMAS-ı ABŞ da daxil olmaqla 9 ölkə, eləcə də Avropa İttifaqı terror təşkilatı kimi tanıyır. 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin...

Seçilmiş Videolar

Toplum TV loqo