ABŞ əsgərlərini itaətsizliyə çağıran Kolumbiya prezidentinin vizası ləğv olunub
Foto: açıq mənbədən götürülüb
ABŞ Dövlət Departamenti sentyabrın 26-da Kolumbiya prezidenti Qustavo Petronun vizasını ləğv etdiyini bildirib.
Açıqlamaya əsasən, buna səbəb prezidentin Nyu-Yorkda küçə etirazı zamanı “təxribatçı hərəkətləri" olub.
“Bu gün Kolumbiya prezidenti Qustavo Petro Nyu-Yorkda küçədə dayanaraq ABŞ əsgərlərini əmrlərə tabe olmamağa və zorakılıq etməyə çağırıb”, – deyə Dövlət Departamenti "X" səhifəsində bildirib.
Petro həmin gün sosial şəbəkə hesabında ispan dilində küçədə böyük bir kütləyə meqafonla müraciət etdiyi video paylaşıb. Videoda onun “dünyanın bütün millətlərini” ABŞ ordusundan “daha böyük bir ordu” yığmaq üçün əsgər göndərməyə çağırdığı eşidilir.
“Buna görə də, buradan – Nyu-Yorkdan ABŞ ordusundakı bütün əsgərlərə müraciət edirəm: silahlarınızı insanlığa tuşlamayın. Trampın əmrinə tabe olmayın! İnsanlığın əmrinə tabe olun!” – Petro daha sonra deyib.
Kolumbiya mediası xəbər verib ki, Petro sentyabrın 26-ı gecə artıq Nyu-Yorkdan Boqotaya yola düşüb.
Petro BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda olub.
O, sentyabrın 23-dəki çıxışında Tramp administrasiyasını sərt tənqid edib və ABŞ-nin Karib dənizində narkotik daşımaq ittihamı ilə zərbə endirdiyi gəmilərlə bağlı araşdırma aparılmasını tələb edib.
Vaşinqton ümumilikdə 14 nəfərin öldüyü hücumların ABŞ-nin Venesuela sahillərində apardığı narkotiklərlə mübarizə əməliyyatının bir hissəsi olduğunu iddia edib.
Petro, həmçinin, çıxışında Asiya ölkələrini İsrailə qoşunlar yürütməyə cə Fələstini azad etməyə çağırıb.
Kolumbiyanın daxili işlər naziri "X" səhifəsində yazıb ki, Petronun əvəzinə İsrail baş naziri Benyamin Netanyahunun vizası ləğv olunmalı idi.
ABŞ-lə Kolumbiya tarixi müttəfiqlər olsa da, Petronun hakimiyyəti dövründə münasibətlər səngiyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: BMT
Foto: Anadolu Ajansı
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
"Aclıq vaxtı məni həşəratlarla dolu otağa saldılar"