Dünya

Sorğu: Paşinyan cəmi 13%-lə Ermənistanda ən etibarlı siyasətçidir

23 İyul, 2025
97

Foto: Reuters

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsində hələ də ən etibarlı siyasətçi olaraq qalmaqdadır. 

Bu barədə “OC Media” Vaşinqtonda mənzillənən Beynəlxalq Respublikaçı İnstitutuna istinadən xəbər verib. 

İnstitutun apardığı sorğunun nəticələri göstərir ki, Paşinyan Ermənistanda ən çox etimad edilən siyasətçi olaraq qalsa da, onun və rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasının əhali arasında populyarlığı azalıb. 

Sorğu 16–26 iyun tarixlərində Qarabağdan olan qaçqınlar da daxil olmaqla 1,505 Ermənistan sakini ilə telefon vasitəsilə aparılıb. 

Nəticələrə görə, Ermənistanda ən çox etibar edilən siyasətçi Nikol Paşinyan olub – respondentlərin 13%-i ona etimad göstərdiyini bildirib. Xarici işlər naziri Ararat Mirzoyan 5% və müxalifət lideri, sabiq prezident Robert Koçaryan 4%-lə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Respondentlərin 61%-i heç bir siyasi fiqura etibar etmədiklərini deyiblər.

Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasına dəstək 20%-dən 17%-ə düşüb. Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun reytinqi isə 2%-dən 4%-ə yüksəlib. 

Paşinyanla Erməni Apostol Kilsəsi arasında son vaxtlarda gərginləşən böhran fonunda aparılan sorğunun nəticələri, həmçinin, göstərib ki, kilsə ölkədə ən yüksək dəstəyə malik ikinci qurumdur – respondentlərin 58%-i onun fəaliyyətindən məmnun olduqlarını bildirib. Respondentlər ən çox Ermənistan Silahlı Qüvvələrinin fəaliyyəti ilə razı olduqlarını ifadə ediblər – bu qurum 72% dəstək qazanıb.

Respondentlərə Azərbaycanla sülh müqaviləsinin imzalanması barədə sual verildikdə, 47%-i belə bir addımı dəstəklədiklərini, 40%-i isə əleyhinə olduqlarını bildirib.

Sülh müqaviləsinin imzalanmasına qarşı çıxanlar əsas səbəblər kimi təhlükəsizlik məsələlərini, müharibə risklərini, Azərbaycanın xeyrinə ərazi güzəştlərini, etimadsızlığı və müqavilə şərtlərinin yalnız Azərbaycan tərəfindən diktə olunmasını göstəriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Rusiyada təyyarə qəzaya uğrayıb, 49 nəfərin öldüyü güman edilir 

24 İyul 2025

Foto: Getty Images

Rusiyanın uzaq şərqindəki Amur vilayətində təyyarə qəzaya uğrayıb.  "TASS" agentliyinin xəbərinə görə, xilasedicilərin ilkin ehtimalına görə dağlıq ərazidə qəzaya uğrayan təyyarədən sağ çıxan yoxdur.  Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, "Anqara Hava Yolları"na aid olan "An-24" modelli təyyarədə 5-i uşaq olmaqla 43 sərnişin və 6 heyət üzvü olub.
Dünya

Makron həyat yoldaşının kişi doğulduğunu iddia edən podkastçını məhkəməyə verib

24 İyul 2025

Foto/kollaj: Getty Images/ Global News

Fransa prezidenti Emmanuel Makron həyat yoldaşı haqqındakı iddialara görə amerikalı şərhçi və podkastçı Kandas Ovensi məhkəməyə verib.  İyulun 23-də ABŞ-nin Delaver ştatında məhkəməyə təqdim edilən şikayətdə Makron və həyat yoldaşı Bricit Makronun vəkilləri bildirib ki, Ovens B.Makronun kişi olduğunu deyərək ona böhtan atıb.  "Ovens onların görünüşünü, evliliyini, dostlarını, ailəsini və şəxsi tarixçəsini təhlil edib — bütün bunları alçaldıcı və qızışdırıcı bir hekayəyə çevirib. Nəticə isə qlobal miqyasda amansız, psixoloji zorakılıqdır”, - şikayətdə qeyd olunub.  Ovens iyulun 23-də podkastında cavab olaraq deyib ki, məhkəmə şikayəti “faktiki qeyri-dəqiqliklərlə doludur" və “onun xarakterini ləkələmək məqsədi daşıyan açıq-aşkar və ümidsiz ictimai strategiyanın bir hissəsidir”....

Seçilmiş Videolar

Toplum TV loqo