Dünya

Rusiyada təyyarə qəzaya uğrayıb, 49 nəfərin öldüyü güman edilir 

24 İyul, 2025
36

Foto: Getty Images

Rusiyanın uzaq şərqindəki Amur vilayətində təyyarə qəzaya uğrayıb. 

"TASS" agentliyinin xəbərinə görə, xilasedicilərin ilkin ehtimalına görə dağlıq ərazidə qəzaya uğrayan təyyarədən sağ çıxan yoxdur. 

Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, "Anqara Hava Yolları"na aid olan "An-24" modelli təyyarədə 5-i uşaq olmaqla 43 sərnişin və 6 heyət üzvü olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Mixail Qusman Azərbaycana gəldikdən bir həftə sonra işindən azad edilib 

25 İyul 2025

Foto: president.az

Rusiyanın baş naziri Mixail Mişustin Mixail Qusmanı “TASS” agentliyinin baş direktorunun birinci müavini vəzifəsindən azad edib.  Müvafiq qərar rəsmi hüquqi məlumat portalında dərc olunub. Qərarın səbəbləri açıqlanmayıb. “TASS”ın baş direktoru Andrey Kondraşov 75 yaşlı Qusmana agentlikdə keçirdiyi “30 illik yorulmaz fəaliyyəti üçün” təşəkkür edib və ona “yeni layihələr və yeni istedadlı komandalar” arzulayıb. Son günlərdə Qusman rusiyalı hökumətyönlü blogerlər tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin çıxış etdiyi Şuşa Qlobal Media Forumuna gəldiyinə görə tənqid olunub.  İyulun 19-da Xankəndidə keçirilən forumda Qusman Əliyevə sual verərək Azərbaycanın “tamamilə unikal xarici siyasət” həyata keçirdiyini vurğulayıb. “Mən başa düşürəm ki, sizdən bunu necə etdiyinizi soruşmaq,...
Dünya

Makron həyat yoldaşının kişi doğulduğunu iddia edən podkastçını məhkəməyə verib

24 İyul 2025

Foto/kollaj: Getty Images/ Global News

Fransa prezidenti Emmanuel Makron həyat yoldaşı haqqındakı iddialara görə amerikalı şərhçi və podkastçı Kandas Ovensi məhkəməyə verib.  İyulun 23-də ABŞ-nin Delaver ştatında məhkəməyə təqdim edilən şikayətdə Makron və həyat yoldaşı Bricit Makronun vəkilləri bildirib ki, Ovens B.Makronun kişi olduğunu deyərək ona böhtan atıb.  "Ovens onların görünüşünü, evliliyini, dostlarını, ailəsini və şəxsi tarixçəsini təhlil edib — bütün bunları alçaldıcı və qızışdırıcı bir hekayəyə çevirib. Nəticə isə qlobal miqyasda amansız, psixoloji zorakılıqdır”, - şikayətdə qeyd olunub.  Ovens iyulun 23-də podkastında cavab olaraq deyib ki, məhkəmə şikayəti “faktiki qeyri-dəqiqliklərlə doludur" və “onun xarakterini ləkələmək məqsədi daşıyan açıq-aşkar və ümidsiz ictimai strategiyanın bir hissəsidir”....

Seçilmiş Videolar

Toplum TV loqo