Manşet

“BP” Azərbaycan neftində çirklənmə aşkarlandığını deyir 

24 İyul, 2025
122

Foto: açıq mənbə

“British Petroleum” (“BP”) şirkəti Azərbaycan neftində çirklənmə aşkarlandığını deyir. 

Şirkətdən “Bloomberg” agentliyinə verilən məlumata görə, Azərbaycandan Avropa ölkələrinə nəql edilən bəzi neft partiyalarında mümkün çirklənmə problemləri barədə məlumat alınıb.

Şirkət qeyd edib ki, neft partiyalarında orqanik xlorid adlanan maddə aşkarlanıb. “Əgər bu maddə böyük miqdarda olarsa, neft emalı zavodlarına və avadanlıqlara zərər verə bilər”, - xəbərdə deyilir. 

Bakı-Tbilisi-Ceyhan boru kəmərini idarə edən “BTC Co.” şirkəti hazırda boru kəməri boyunca bütün obyektlərdə xam neftin keyfiyyətini qiymətləndirdiyini bildirib. 

İtaliyanın “Eni SpA” şirkəti də sonradan bəyan edib ki, çirklənmiş partiyalardan bəzilərini qəbul edib və onların bir hissəsi artıq emal sisteminə daxil olub. 

“BP-Azərbaycan”ın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı APA-ya bildirib ki, “BTC Co.” boru kəməri boyunca xam neftin keyfiyyətini qiymətləndirib və nəticələr spesifikasiyalara uyğun gəlib. 

Ceyhan terminalında bəzi çənlərdə üzvi xloridlər aşkarlanıb, həmin çənlər təcrid olunub və araşdırma aparılır. 

Hazırda terminalda yalnız keyfiyyətə uyğun çənlərdən neft yüklənir. “BTC” boru kəməri ilə ixrac davam edir və yeni tankerlərdən yükləmə öncəsi nümunələr yoxlanılacaq.

Azərbaycan neftinin böyük bir hissəsi Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına boru kəməri ilə nəql olunur. Bu boru kəmərini tikən və idarə edən “BTC Co.” şirkəti “BP” tərəfindən idarə olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Azərbaycan ordusunun zabiti vəfat edib

23 İyul 2025

Foto: açıq mənbə

Azərbaycan ordusu zabitinin Kəlbəcərdə vəfat etdiyi bildirilir.  "Teleqraf"ın xəbərinə görə, hadisə Kəlbəcər rayonunda yerləşən “N” saylı hərbi hissələrin birində baş verib. "Əslən Ağcabədi rayonundan olan leytenant Qasımov Azad Ziyad oğlu xidmət etdiyi hərbi hissədə vəfat edib”, - xəbərdə qeyd olunub. Hərbçinin hansı şəraitdə həyatını itirdiyi barədə məlumat verilmir.    Faktla bağlı araşdırma aparıldığı bildirilir. Hadisəylə bağlı rəsmi qurumlar hələki açıqlama verməyib.
Manşet

Kamran Əliyev: “Azərbaycanlıların ölümü ilə bağlı Rusiya ilə mütəmadi əlaqə saxlayırıq” 

22 İyul 2025

Foto: açıq mənbə

Baş Prokuror Kamran Əliyev iyunun 27-də Yekaterinburqda iki azərbaycanlının ölümü ilə bağlı başladılan cinayət işindən danışıb.  “Report.az”a danışan Əliyev deyib ki, Azərbaycan tərəfi hadisə ilə əlaqədar Rusiya Baş Prokurorluğu və İstintaq Komitəsi ilə mütəmadi əlaqə saxlayır.  “Hərçənd, Rusiya tərəfi deyir zərərçəkənlər öz ölkələrinin vətəndaşlarıdır, amma Azərbaycan ikili vətəndaşlığı tanımadığı üçün onlar bizim vətəndaşlardır. Ona görə biz onlarla bağı ekspertizalar keçirdik, təəssüf olsun ki, həmin şəxslərin işgəncələr, döyülmələr, ağır bədən xəsarətləri alınması nəticəsində həyatlarını itirdikləri müəyyən olundu” - o qeyd edib.  “Həmin işlərlə də bağlı biz istintaq hərəkətləri aparırıq və əldə olunmuş bütün sübutları Rusiya İstintaq Komitəsi tərəfə təqdim etmişik. Rusiya...

Seçilmiş Videolar

Toplum TV loqo