Dünya

“Amnesty International”: Azərbaycanda müstəqil media qurumu qalmayıb 

23 İyul, 2025
67

Foto: Amnesty International

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Azərbaycanda müstəqil mətbuatın vəziyyəti ilə bağlı hesabat yayımlayıb. 

Hesabatda bildirilir ki, Azərbaycanda siyasi motivlərlə həbs olunan media işçilərinin sayı ölkə 2001-ci ildə Avropa Şurasına qoşulandan bəri ən yüksək saydadır və ölkədə müstəqil media qurumu qalmayıb. 

2022-ci ilin dekabrında parlamentin “Media haqqında” qanunu qəbul etməsini xatırladan təşkilat qeyd edib ki, bu qanun müstəqil media qurumlarının sıradan çıxarılmasına xidmət edib. 

“Abzas Media, Meydan TV, Toplum TV və Kanal 13 kimi müstəqil media qurumları, insan hüquqları da daxil olmaqla həssas mövzulara xüsusi diqqət yetirdikləri üçün illərlə davam edən davamlı təzyiqlərlə üzləşiblər. Bu təzyiqlərə qeydiyyatın əsassız şəkildə rədd edilməsi, redaksiyalara reydlər, bank hesablarının dondurulması kimi hallar daxil olub. Bütün bunlar onların fəaliyyətini boğmaq və maliyyə mənbələrini kəsmək məqsədi daşıyıb”, - deyə qeyd olunub. 

Təşkilat, həmçinin, həbs olunan jurnalistlərə qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyir. 

“Bu hallarda, adətən, qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, pulların yuyulması və vergidən yayınma kimi ittihamlardan istifadə olunur. Bu ittihamlar çox vaxt əsassız olur və hakimiyyətin tənqidinə yönəlmiş reportajları susdurmaq məqsədi daşıyır. Məsələn, pulların qaçaqmalçılığı ilə bağlı ittihamlar bəzən axtarış zamanı tapılan nağd pullarla “əsaslandırılır” – halbuki həmin məbləğlərin özlüyündə şübhə doğuracaq səviyyədə olmadığı görünür. Bəzi hallarda isə müdafiə tərəfi bildirir ki, müvəkkillərinə qarşı, ümumiyyətlə, heç bir qaçaqmalçılıq sübutu təqdim olunmayıb”, - deyə əlavə olunub. 

Hesabatda həbs olunan jurnalistlərin saxlanma şəraitlərinin pis olduğu, habelə bəzilərinin tibbi müayinə almalarına və ailələri ilə əlaqə saxlamalarına maneələr yaradıldığı bildirilir. 

“Amnesty International” Azərbaycan hökumətini bütün siyasi motivlərlə həbs olunmuş jurnalistləri qeyd-şərtsiz azadlığa buraxmağa, həmçinin onları lazımi tibbi müayinə ilə təmin etməyə çağırıb. 

Təşkilat beynəlxalq ictimaiyyətdən isə hökumətə təzyiqləri artırmağı, Azərbaycanda həbsdə olan jurnalistlərin azadlığı məsələsini gündəmdə saxlamağı tələb edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

ABŞ UNCESO-nu yenidən tərk edir

23 İyul 2025

Foto: EPA

ABŞ Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatını (UNESCO) yenidən tərk edir.  Prezident Donald Trampın administrasiyası qərarı iyulun 22-də açıqlayıb. Lakin UNESCO-nun qaydalarına əsasən, ABŞ 2026-cı ilin dekabrına qədər üzv dövlət olaraq qalacaq.  Tramp 2018-ci ildə, birinci prezidentliyi dövründə də analoji qərar verib. Lakin ondan sonra prezident olan Co Baydenin rəhbərliyi altında 2023-cü ildə ölkə yenidən təşkilata üzv olub.  Tramp administrasiyası qərarı UNESCO-ya üzvlüyün ABŞ-nin milli maraqlarında olmaması, həmçinin təşkilatın “anti-İsrail ritorikası” ilə izah edib.  Tramp daha əvvəl ABŞ-ni BMT-nin Ümumdünya Səhiyyə Təşkilatından və İnsan Hüquqları Şurasından çıxarmaq qərarları verib, digər agentliklərə ayrılan maliyyəni isə azaldıb.
Dünya

Sorğu: Paşinyan cəmi 13%-lə Ermənistanda ən etibarlı siyasətçidir

23 İyul 2025

Foto: Reuters

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsində hələ də ən etibarlı siyasətçi olaraq qalmaqdadır.  Bu barədə “OC Media” Vaşinqtonda mənzillənən Beynəlxalq Respublikaçı İnstitutuna istinadən xəbər verib.  İnstitutun apardığı sorğunun nəticələri göstərir ki, Paşinyan Ermənistanda ən çox etimad edilən siyasətçi olaraq qalsa da, onun və rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasının əhali arasında populyarlığı azalıb.  Sorğu 16–26 iyun tarixlərində Qarabağdan olan qaçqınlar da daxil olmaqla 1,505 Ermənistan sakini ilə telefon vasitəsilə aparılıb.  Nəticələrə görə, Ermənistanda ən çox etibar edilən siyasətçi Nikol Paşinyan olub – respondentlərin 13%-i ona etimad göstərdiyini bildirib. Xarici işlər naziri Ararat Mirzoyan 5% və müxalifət lideri, sabiq prezident Robert Koçaryan...

Seçilmiş Videolar

Toplum TV loqo