Dünya

Baş nazir Kobaxidze: “Hakimiyyət aksiya iştirakçılarının xəsarət almasına görə məsuliyyət daşımır” (YENİLƏNİR)

3 Dekabr, 2024
15

açıq mənbədən götürülüb

“Donald Tramp seçkiləri saxtalaşdıran rejimin yox, gürcü xalqının tərəfində olacaq”.

Bunu “GlobalNews”  nəşrinə müsahibəsində ABŞ Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen, MEGOBARI ACT-ın həmmüəllifi Co Vilson deyib (https://t.me/jamnewsru/20749). 

Həmin müsahibədə Vilson həmçinin bunları deyib: “Polis zorakılığına baxmayaraq gürcü xalqının etirazlara davam etdiyini görmək həqiqətən adamı ruhlandırır. Bu, keçmişdə Buxarest, Şərqi Almaniya, Budapeşt və digər ölkələrdə gördüyümüz ənənələri xatırladır. Biz xatırlayırıq ki, cəmiyyətlər sovet imperializminə müqavimət göstərib, şərə qarşı  dirənib azadlıq əldə ediblər. Xalqın gücü həmişə müsbət dəyişikliklərə gətirib çıxarır. Sonda azadlıq qalib gələcək”. 

Konqresmen zorakılığa adekvat cavab verilməli olduğunu da bildirib: “Mən əminəm ki, gürcü xalqı demokratik, azad Gürcüstanın gələcəyini müdafiə edə biləcək və Avropa İttifaqının və NATO-nun bir hissəsi olacaq. Mənim üçün vacibdir ki, başqalarına zülm edənlər cəzalandırılsın, onlara sanksiyalar tətbiq edilsin. Onların təşkil etdiyi zorakılığa adekvat cavab verilməlidir”.

O, Gürcüstanda keçirilən son parlament seçkilərinin gürcü xalqında və beynəlxalq ictimaiyyətdə etimad yaratmadığını da deyib: “Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində həm Avropa İttifaqı, həm də digər beynəlxalq müşahidəçilər tərəfindən təsdiqlənən çoxsaylı pozuntuların şahidi olduq. “Gürcü Arzusu”nun hakimiyyətdə qalmasının qeyri-legitimliyi sübuta yetirilməsəydi, mən belə bəyanat verməzdim. Parlament seçkiləri nə gürcü xalqında, nə də beynəlxalq ictimaiyyətdə etimad yaradacaq şəkildə keçirildi. Onlar seçkiləri manipulyasiya etdilər, konstitusiyanı pozdular, prezidentin razılığı olmadan hökumət qurdular. Gürcüstanda buna etiraz edənləri sərt bir şəkildə susdurmağa davam edirlər. Buna görə də onların hakimiyyətini qeyri-legitim hesab edirəm”.

Co Vilson seçilmiş ABŞ prezidentinin gürcü xalqının tərəfində olacağını vurğulayıb. 

“Donald Tramp azadlığı dəstəkləyir. Demokratiyanı dəstəkləyir. O, qeyri-qanuni seçkilərə də etiraz edir. Ona görə də mən əminəm ki, Donald Tramp seçkiləri saxtalaşdıran rejimin deyil, gürcü xalqının tərəfində olacaq”.

****

Gürcüstanın Konstitusiya Məhkəməsi oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı ölkə prezidenti Salome Zurabişvilinin və müxalifətçi deputatlarının müraciətlərinə baxmayacaq (https://t.me/NGnewsgeorgia/20603).

“Qərar qətidir, ona yenidən baxıla və ya ondan apellyasiya şikayəti verilə bilməz” – Konstitusiya Məhkəməsinin bugünkü açıqlamasında belə deyilir. 

Məhkəmə qətnaməsi artıq dərc olunub http://(https://constcourt.ge/ka/judicial-acts?legal=17525&fbclid=IwY2xjawG7y4dleHRuA2FlbQIxMA ABHQ1qiNa0pJxySXiSoNcYYBjsaQG9fHJmSzSlviitDyxxpAY2o39aPDrrNQ_aem_sWYjiHpC2cFvSpq-7NDhEA).

Məhkəmənin 9 hakimindən ikisi - Giorgi Kveçernçxiladze və Teymuraz Tuquşi “xüsusi rəy” yazaraq qərarın əleyhinə səs veriblər.

****

Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib ki, hakimiyyət aksiya iştirakçılarının xəsarət almasına görə məsuliyyət daşımır (https://www.ekhokavkaza.com/a/premjer-gruzii-vozlozhil-otvetstvennostj-za-nasilie-na-aktsiyah-na-opponentov/33224978.html).

Onun sözlərinə görə, bu məsələdə “siyasətçilər və QHT-lər” günahkardır.  

“Milli Maydan isə iflasa uğradı” deyən Kobaxidze əlavə edib ki, “Biz hər bir polis əməkdaşının, etirazçının və jurnalistin yaralanmasına təəssüflənirik. Təbii ki, bu zorakılığı təşkil edən, amma özləri kabinetlərində gizlənən siyasətçilər baş verənlərə görə məsuliyyətdən yayına bilməyəcəklər”.

O, Gürcüstan Daxili İşlər Nazirliyinin yüksək səviyyədə, “hətta Amerika və ya Avropadakından da yüksək səviyyədə” fəaliyyət göstərdiyini vurğulayıb: "Bir daha Daxili İşlər Nazirliyinə təşəkkür etmək istəyirəm. Şəxsən daxili şlər nazirinə təşəkkür etmək istəyirəm. Hər bir polis əməkdaşına təşəkkür etmək istəyirəm... ".

Tbilisidə və Gürcüstanın digər şəhərlərində etirazlar noyabrın 28-də - “Gürcü Arzusu” hökuməti Avropa İttifaqı ilə üzvlük danışıqlarını 2028-ci ilin sonuna qədər dondurmaq və Aİ-nin büdcə qrantlarından imtina etmək qərarından sonra başlayıb. Etirazçılar hökuməti Avropaya inteqrasiya prosesini dayandırmaqda günahlandırır və yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Gürcüstan Ombudsmanı DİN-i etirazçılara işgəncə verməkdə günahlandırdı

4 Dekabr 2024

EPA-EFE

Gürcüstan Ombudsmanı Levan İoseliani polisi aksiya iştirakçılarına işgəncə verməkdə günahlandırıb (https://t.me/NGnewsgeorgia/20661). “Beş günlük etiraz aksiyaları zamanı biz təcridxanalarda və xəstəxanalarda 201 nəfərə baş çəkdik. Onların əksəriyyəti üz, göz və baş nahiyəsindən ağır xəsarətlər alıb. Xəsarətlərin yeri, xarakteri və şiddəti polisin cəza məqsədi ilə vətəndaşlara qəsdən və şiddətli güc tətbiq etməsi barədə inandırıcı mənzərə yaradır”. Levan İoseliani Daxili İşlər Nazirliyinə müraciət edərək dərhal reaksiya verməsini tələb.
Dünya

Cənubi Koreyada hərbi vəziyyət ləğv olundu

4 Dekabr 2024

The New York Times

Cənubi Koreya prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyət elan edilməsinə dair fərmanını ləğv edib ("Azadlıq"radiosu). Deputatların səsverməsindən sonra gerçəkləşən ləğv qərarı prezidentin telemüraciəti zamanı yerli vaxtla saat 04:27-də açıqlanıb. "Yonhap" agentliyinin bilgisinə görə, qərar daha sonra hökumətin iclasında təsdiqlənib. Fərman 6 saat qüvvədə qalıb Cənubi Koreyada hərbi vəziyyət dekabrın 3-də yerli vaxtla saat 22:25-də elan edilmişdi. Altı saat qüvvədə olan fərmanda siyasi partiyaların fəaliyyəti, etirazlar, tətillər yasaqlanmış, mediada senzura başladılmış, eləcə də ölüm cəzası verə bilən hərbi-sahə məhkəmələri qurulmuşdu. Gecə saat 2 radələrində paytaxt Seulda prezidentin istefası və həbsi tələbi ilə etiraz aksiyaları başlanmışdı. Sıradan vətəndaşlar parlament binası önündə...

Seçilmiş Videolar

Toplum TV loqo