Dünya

Əkrəm İmamoğluna cinayət işi açılıb

21 Yanvar, 2025
23

açıq məınbədən götürülüb

İstanbul Baş prokuroru Akın Gürlek və ailəsi haqqında dediyi sözlərə görə İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu barəsində istintaq başladılıb.

Ona qarşı “təhdid” və “terrorla mübarizədə vəzifəli şəxsləri hədəfə almaq” ittihamları irəli sürülüb.

 Baş Prokurorluğun yanvarın 20-də açıqladığı məlumatda qeyd olunub ki, “İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu gün qatıldığı tədbirdə İstanbul Baş Prokuroru cənab Akın Gürlekə və ailəsinə qarşı təhdid dolu ifadələr işlətdiyinə görə ona qarşı terrorla mübarizədə məsul şəxsləri hədələmə və hədəfə alma ittihamlarıyla istintaq başladılıb”. 

“X” platformasındakı səhifəsində bununla bağlı paylaşım edən İmamoğlu ittihamları rədd edib.

“İstanbul Baş Prokuroru onu və ailəsini təhdid etdiyim iddiasıyla barəmdə istintaq başladıb. Çıxışımda bircə təhdid sözü belə yoxdur. Heç vaxt heç kimi ailəsiylə təhdid etmədim, etmərəm də. Dediyim hər kəlmə bu ölkədə hər kəsin övladı və gələcəyi üçün tərəfsiz hüquq tələbidir. Sözümün arxasındayam. Həmişə və hər kəs üçün ədalət. Bundan təhdid iddiası çıxaran Baş prokuroru Allaha və millətin vicdanına həvalə edirəm" – İmamoğlu belə yazıb.

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu yanvarın 20-də Ölkə Siyasətləri Vəqfi tərəfindən təşkil edilən Müasir Hüquq və Məhkəmənin Siyasiləşdirilməsi Panelindəki çıxışında CHP Gənclik Qolunun sədri Cem Aydının həbsinə münasibət bildirib: 

“Guya ifadə verməyə çağırırsan, 7-8 polislə evinə basqın edirsən. Sənin məqsədin insanları qorxutmaqdır. Baş prokuror, sənə deyirəm. Sənə heç bir faydamız olmaz, sənin zehnin çürüyüb... Biz hətta sənin də övladlarını xilas etmək üçün səni idarə edən ağlı bu millətin zehnindən söküb atacağıq. Söküb atacağıq ki, sənin uşaqlarının evinə kimsə basqın etməsin; hətta sənin də yuvana, uşaqlarına hüzur təmin edək”.

Türkiyənin müxalif Zəfər Partiyasının başqanı Ümit Özdağ isə həbs olunub. Onu dünən axşam saatlarında Ankarada saxlayıblar. Özdağ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə ittiham olunur.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Tramp: “Putin Rusiyanı məhv edir” (YENİLƏNİR)

21 Yanvar 2025

AP News

ABŞ prezidenti Donald Tramp deyib ki, Vladimir Putin Ukraynada müharibəyə son qoymağa razılıq verməməklə Rusiyanı “məhv edir”. “O, müqavilə bağlamalıdır. Mən hesab edirəm ki, bunu etməməklə o, Rusiyanı məhv edir. Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq” - Tramp Ağ Evdəki Oval kabinetində jurnalistlərə belə deyib. “Onun işləri yaxşı getmir və bu onu sevindirə bilməz. [...] Çoxları müharibənin bir həftəyə bitəcəyini düşünürdülər, amma artıq üç ildir ki, davam edir” deyə, Amerika prezidenti əlavə edib. Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin münaqişəyə son qoymaq üçün razılaşmaya hazır olduğuna inanır. O, yaxın gələcəkdə Putinlə görüşməyi planlaşdırdığını deyib. Onun sözlərinə görə, artıq görüşə...
Dünya

Tramp andiçmə mərasimindən sonra Putinlə danışmaq istəyir

20 Yanvar 2025

Açıq mənbədən götürülüb

Bu gün ABŞ-ın seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.  O, köməkçilərinə tapşırıb ki, yanvarın 20-də vəzifəsinin icrasına başlayandan sonrakı bir neçə gün ərzində Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı təşkil etsinlər. Bu barədə CNN məlumatlı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Putinlə danışmaqda əsas məqsədlərindən biri “Ukraynada müharibəni dayandırmağa çalışmaq üçün yaxın aylarda şəxsi görüşü müzakirə etməkdir”. CNN xəbər verir ki, Trampın komandası  Putinlə telefon danışığının təşkili üzərində hələ bir neçə həftə əvvəl işləməyə başlayıb, amma tarixin razılaşdırılıb-razılaşdırılmadığı bəlli deyil. Seçki kampaniyası zamanı Tramp demişdi ki,  prezident seçilərsə, müharibəni “24 saat ərzində” bitirəcək.  Yanvarın 7-də isə o, döyüşləri dayandırmaq...

Seçilmiş Videolar

Toplum TV loqo