Azər Qasımlı şəxsi arxivi
Bu gün Bakı Apellyasiya Məhkəməsi Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının həbsinin ev dustaqlığı ilə əvəzlənməsinə dair verilmiş vəsatətin təmin edilməməsi ilə bağlı məhkəmə qərarını qüvvədə saxlayıb.
Onun vəkili Aqil Layıc deyib ki, A. Qasımlı öz həbsini qanunsuz hesab edir və cinayət törətmədiyini, əksinə, ona qarşı cinayətin törədildiyini bildirir.
Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə şübhəli şəxs qismində saxlanılıb.
Özü ittihamı qəbul etmir və məhkəmədə saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir.
Hüquq müdafiəçiləri Azərbaycanda 300-dən çox siyasi məhbus olduğunu bildirirlər. Beynəlxalq hüquq-müdafiə təşkilatları ölkə hakimiyyətini insan haqları sahəsindəki siyasətinə görə təniqd edir, son illər həbs edilən ictimai fəalları, jurnalistləri azad etməyə çağırırlar.
Azərbaycan hakimiyyəti bu tənqidləri qəbul etmir, ölkənin daxili işlərinə müdaxilə kimi dəyərləndirir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini, heç kimin siyasi mövqeyinə görə təqib edilmədiyini bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
Abzas
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib