Siyasət

İlham Əliyev Donald Trampa: “İnanıram ki, iki ölkə arasında münasibətlər yeni məzmun kəsb edəcək”

21 Yanvar, 2025
14

Globalinfo

Azərbaycanın dövlət başçısı İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.

O, Trampın yeni prezidentliyi dövründə iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə və yeni məzmun kəsb edəcəyinə inandığını bildirib. 

Əliyev iki ölkənin milli təhlükəsizlik maraqları əsasında beynəlxalq terrorizmə qarşı mübarizədə, eləcə də enerji təhlükəsizliyinin təmin olunmasında edilən əməkdaşlığa da toxunub.

“...ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyinizi xüsusi vurğulamaq istərdim.

Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik”, - Əliyevin təbrik məktubunda deyilir.

Azərbaycanla ABŞ münasibətlərində son  zamanlar gərginlik müşahidə edilməkdə idi. Əliyev hakimiyyəti Co Baydenin prezidentliyi dövründə Azərbaycanda insan haqları sahəsindəki problemlərlə bağlı səslənən tənqidləri qəbul etmirdi. Rəsmi Bakı Tramp administrasiyası ilə daha yaxşı münasibətlər quracağına ümid edir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Hakim “Abzas Media işi”ndə vəsatəti təmin etdi 

21 Yanvar 2025

sosial media

Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media işi” üzrə məhkəmə prosesində təqsirləndirilən Fərid Mehralızadənin vəkili Cavad Cavadlının vəsatəti təmin edilib.  Vəkilin sözlərinə görə, bir neçə ay öncə övladı dünyaya gələn Mehralızadə dövlət tərəfindən yeni doğulmuşlara verilən ödənişi almaq üçün həyat yoldaşına etibarnamə verməlidir.  “Notarius əməkdaşının istintaq təcridxanasına getməsi üçün isə məhkəmənin qərarı olmalıdır”, Cavad Cavadlı deyib. Məhkəmə vəsatəti təmin edib.     
Siyasət

Sərhədsiz Reportyorlar Abzas Media əməkdaşlarını azad etməyə çağırır

21 Yanvar 2025

Abzas

Bu gün “Abzas Media işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Sərhədsiz Reportyorlar təşkilatı isə bu gün növbəti dəfə yaydığı bəyanatda sözügedən internet nəşrin əməkdaşlarının dərhal azad edilməsini tələb edib (Amerikanın Səsi). Qurum eyni zamanda, Avropa İttifaqı da daxil olmaqla, Azərbaycanın beynəlxalq tərəfdaşlarını mətbuat azadlığı sahəsində tərəqqini təmin etmək şərti irəli sürməyə çağırır. “Yüksək səviyyəli dövlət korrupsiyası ilə bağlı araşdırmaları ilə tanınan Sevinc Vaqifqızı və həmkarlarının təqib olunması İlham Əliyev rejiminin avtoritar meyllərini nümayiş etdirir. Bu ittihamlar hakimiyyətdən sui-istifadə hallarını ifşa etməklə rejimə meydan oxuyan Abzas Media kimi müstəqil medianı nüfuzdan salmaq və zərərsizləşdirmək üçün daha geniş strategiyanın bir hissəsidir”, Sərhədsiz...

Seçilmiş Videolar

Toplum TV loqo