Siyasət

Cənubi Qafqazda Rusiya-Qərb qarşıdurması: Ermənistan Qərbi, Azərbaycan Rusiyanı seçir

15 Yanvar, 2025
350

açıq mənbədən götürülüb

“ABŞ Ermənistanın sərhəd təhlükəsizliyini gücləndirməyə çalışır. Məlum olduğu kimi, Ermənistanda Avropa İttifaqının 200 nəfərlik mülki müşahidə missiyası fəaliyyət göstərir. ABŞ bu missiyaya dəstək verə, yaxud bu yaxınlarda Rusiya sərhədçilərindən təhvil alınan İran sərhəd xəttinin mühafizəsinin gücləndirilməsində rol oynaya bilər”. 

Yanvarın 14-də Vaşinqtonda Amerika Birləşmiş Ştatları ilə Ermənistan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalanıb. Sənəd Giriş hissəsindən və 5 Bölmədən ibarətdir: 

1. Əməkdaşlıq prinsipləri; 

2. İqtisadi, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlıq; 

3. Müdafiə və təhlükəsizlik;

4. Demokratiyanın, ədalətin və inklüzivliyin möhkəmləndirilməsi;

5. Mədəni mübadilə və insanlar arasında əlaqələrə dəstək. 

Əvvəlcə imzalanmış sənədin hüquqi statusuna diqqət yetirək. Bu, parlamentlərdə ratifikasiyası tələb olunan, icrası məcburi bir saziş deyil. Dövlətlərarası müqavilələrdən daha aşağı statuslu anlaşmadır (Əlbəttə ki, hər iki hökumət istəsə, qanunverici orqanlarda təsdiq etdirib statusunu yüksəldə bilər). Bu Xartiyanı imzalamaqla tərəflər müttəfiqə çevrilmir, çünki müttəfiqlik müqavilələrində tərəflər üzərlərinə konkret öhdəliklər götürürlər. Burada qarşılıqlı öhdəliklər yoxdur. Məsələn, ötən ilin iyulunda Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə imzalanıb. O da müttəfiqlik öhdəliklərinin olmadığı sənəddir və imzalandıqdan sonra Çinlə əlaqələrdə keyfiyyətcə fərqli bir mərhələni görmürük. 

Amma 2022-ci ilin fevralında Azərbaycan və Rusiya arasında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, eləcə də 2010-cu ildə Azərbaycan və Türkiyə arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə (həmçinin bu müqavilənin əsasında 2021-ci ilin iyununda imzalanmış Şuşa Bəyannaməsi) qarşılıqlı öhdəlikləri ehtiva edən yüksək statuslu sənədlərdir. Ona görə də ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyasının əhəmiyyətini çox şişirtməyə dəyməz. Bu sənəd Ermənistana təhlükəsizlik zəmanəti vermir, sazişdə konkret iqtisadi layihələrdən və investisiyalardan da söhbət getmir. 

Bununla yanaşı, sənədin əhəmiyyətini azaltmaq da yanlış olar. Həm Avropa İttifaqına üzvlük barədə hökumətin qərarı, həm də ABŞ-la imzalanan Xartiya Ermənistanın xarici siyasətindəki radikal dönüşü təsdiqləyən tarixi bir mərhələnin başlanğıcıdır. Hər iki addım Ermənistanın Rusiyanın təsir sferasından çıxaraq üzünü Qərbə doğru çevirdiyini birmənalı şəkildə ortaya qoyur. 

Artıq bəzi mühüm razılaşmalar da əldə olunub. Məsələn, ABŞ dövlət katibi Blinken bildirib ki, gələn həftə sərhəddə təhlükəsizliyin möhkəmləndirilməsi üzrə birgə fəaliyyət məqsədilə Ermənistana xüsusi qrup göndəriləcək. Xüsusi qrup adı altında nəyin nəzərdə tutulduğu hələ aydın olmasa da, bunun mühüm missiya olacağını ehtimal etmək mümkündür. ABŞ Ermənistanın sərhəd təhlükəsizliyini gücləndirməyə çalışır. Məlum olduğu kimi, Ermənistanda Avropa İttifaqının 200 nəfərlik mülki müşahidə missiyası fəaliyyət göstərir. ABŞ bu missiyaya dəstək verə, yaxud bu yaxınlarda Rusiya sərhədçilərindən təhvil alınan İran sərhəd xəttinin mühafizəsinin gücləndirilməsində rol oynaya bilər. 

Başqa bir qərar strateji tərəfdaşlıq komissiyasının yaradılması ilə bağlıdır. Bu komissiya Xartiyada göstərilmiş istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək məsələləri üzərində çalışacaq. Yəni növbəti mərhələdə ümumidən konkretliyə keçid baş verə bilər. Ermənistan enerji sisteminin əsasını təşkil edən nüvə energetikası sahəsində də əməkdaşlıq qurulacaq. Ermənistanın xarici işlər naziri Mirzoyan İŞİD-ə qarşı ABŞ-ın liderliyi altındakı beynəlxalq koalisiyaya qoşulacaqlarını bəyan edib. Bu, daha çox rəmzi xarakter daşıyan qərardır, Ermənistan bununla beynəlxalq terrorizmə qaşrı mübarizədə Qərbin yaxın tərəfdaşı olduğunu və bu işə töhfə verdiyini nümayiş etdirməyə çalışır.

Paşinyan hökuməti bu addımları atarkən Azərbaycanın xarici siyasətində xaotik durum nəzərə çarpır. İlham Əliyev yerli telekanallara sonuncu müsahibəsində Tramp dövründə ABŞ-la əlaqələri strateji səviyyəyə yüksəltmək istədiklərini bildirdi. Güman etmək olar ki, Ermənistan və ABŞ arasında müvafiq sənədin imzalanacağından onun xəbəri var idi. Lakin müsahibənin ertəsi günü Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edərkən bəyan etdi ki, Azərbaycan regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Rəsmi Bakı ABŞ və Avropa İttifaqının Cənubi Qafqazın işlərinə qarışmasını istəmir və bölgə məsələlərinin “3+3” formatı çərçivəsində həllinə tərəfdardır. Belə olan halda ABŞ-la strateji tərəfdaşlığı Azərbaycan rəhbərliyi necə təsəvvür edir? “Səninlə yaxınlaşmaq istəyirəm, bir şərtlə ki, mənim ölkəmdən və bölgəmdən uzaq dur” yanaşması təzadlı deyilmi? 

Digər tərəfdən, Ermənistanla sülhün şərtlərindən biri kimi Azərbaycanın Aİ müşahidəçilərinin bölgəni tərk etməsi tələbini irəli sürməsi və həmin missiyanı “NATO infrastrukturu” adlandırması da Qərblə əlaqələrin ikişafına zəmin yaratmır. Bu ritorika Rusiyanın ritorikası ilə eynilik təşkil edir. Aİ missiyasının Ermənistanı tərk etməsi isə həm də Moskvanın tələbidir. Gürcüstandakı hadisələrə münasibətdə də Bakı ilə Moskanın mövqeləri üst-üstə düşür. 

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan hazırda Rusiyanın Cənubi Qafqazdan sıxışdırılmasında maraqlı deyil, əksinə, çalışır ki, Moskva Ermənistanda öz mövqelərini qorusun, Gürcüstanda isə əvvəlki təsirini bərpa etsin. 

"Toplum TV"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Saakaşvili: Rusiya Ermənistanın əli ilə Azərbaycana hücum etməyə hazırlaşır 

8 İyul 2025

Foto: Getty Images

Həbsdə olan keçmiş Gürcüstan Prezidenti Mixail Saakaşvili Rusiyanın Ermənistanın əli ilə Azərbaycana hücum etməyə hazırlaşdığını deyib.  Bu barədə iyulun 8-də onun "Facebook" səhifəsindən paylaşılan bəyanatda qeyd olunub.  Saakaşvili Ukrayna hərbi kəşfiyyatının məlumatına istinad edərək deyib ki, Rusiya Azərbaycanla son gərginlik fonunda Ermənistanın Gümri şəhərindəki bazasını gücləndirir. "Bu, o demək ola bilər ki, Azərbaycanla yeni gərginliklər Kremlin tərəfindən süni şəkildə yaradılıb. Kremlin Yerevandakı Paşinyan hökumətini devirmək və onun yerinə Rusiyanın diktəsi ilə formalaşdırılmış yeni bir hökumət gətirmək, daha sonra isə bu hökuməti Azərbaycana qarşı hərbi əməliyyata cəlb etmək planı qurur", - siyasətçi iddia edib.  Saakaşvili Rusiyanın həm Ermənistana, həm də Azərbaycana...
Siyasət

Azərbaycan və Rusiya: ayrılsaq da, bərabərik... 
 

8 İyul 2025

Foto: AP

Yaranmış gərginlik iki ölkə arasında qırılma və toqquşma ilə nəticələnə bilməz Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərginliyin tədricən səngiməsi müşahidə edilir. Hələ ki Bakı və Moskva arasında bu mövzuda rəsmi təmas və müzakirə olmayıb, amma Azərbaycan tərəfinin media müstəvisində antirusiya təbliğatının “doza”sını aşağı saldığı göz önündədir. Bu səngimədə İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycandakeçirilən 17-ci zirvə görüşü də rol oynadı.    Rəsmi və iqtidara yaxın mediada məhz Xankəndidəki 4 iyul tarixli toplantı və görüşlər xüsusi qabardılaraq Rusiya ilə yaşanan problem arxa plana atıldı – şübhə yoxdur ki, “yuxarı”dan belə bir təlimat verilmişdi. Sosial mediada eyni və bənzər cümlələrlə o qədər çox paylaşım var idi...

Seçilmiş Videolar

Toplum TV loqo