Abzas
Bu gün “Abzas Media işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Sərhədsiz Reportyorlar təşkilatı isə bu gün növbəti dəfə yaydığı bəyanatda sözügedən internet nəşrin əməkdaşlarının dərhal azad edilməsini tələb edib (Amerikanın Səsi).
Qurum eyni zamanda, Avropa İttifaqı da daxil olmaqla, Azərbaycanın beynəlxalq tərəfdaşlarını mətbuat azadlığı sahəsində tərəqqini təmin etmək şərti irəli sürməyə çağırır.
“Yüksək səviyyəli dövlət korrupsiyası ilə bağlı araşdırmaları ilə tanınan Sevinc Vaqifqızı və həmkarlarının təqib olunması İlham Əliyev rejiminin avtoritar meyllərini nümayiş etdirir. Bu ittihamlar hakimiyyətdən sui-istifadə hallarını ifşa etməklə rejimə meydan oxuyan Abzas Media kimi müstəqil medianı nüfuzdan salmaq və zərərsizləşdirmək üçün daha geniş strategiyanın bir hissəsidir”, Sərhədsiz Reportyorların Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye deyib.
Jurnalistlərə qarşı ittihamların “açıq-aşkar əsassız” olduğunu vurğulayan Sərhədsiz Reportyorlar müdafiə tərəfinin qaldırdığı vəsatətlərin bir qayda olaraq rədd edilməsinin icraatının özbaşınalığından xəbər verdiyini bildirir.
Bəyanatda vəkillərə istinadla deyilir ki, ittiham tərəfi heç bir tutarlı dəlil təqdim etməyib. Bununla belə, jurnalistləri 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bundan başqa, işə baxan üç hakimdən ikisinin əvvəllər Abzas Media-nın araşdırma obyekti olduğu vurğulanır.
Abzas Media-nın altı əməkdaşı - saytın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, habelə Azadlıq Radiosunun əməkdaşı Fərid Mehralızadə xarici valyuta qaçaqmalçılığında ittiham edilərək həbs ediliblər.
Daha sonra jurnalistlərə qarşı cinayət yolu ilə əldə olunan əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma da daxil olmaqla, 7 maddə ilə ittiham irəli sürülüb.
Abzas Medianın əməkdaşları ttihamları qəbul etmir, həbslərinin apardıqları korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.
Hüquq müdafiəçiləri ölkədə 300-dən yuxarı siyasi məhbus olduğunu bildirir.
Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin peşə fəaliyyətinə görə təqib edilmədiyini, söz və fikir azadlığı da daxil olmaqla bütün təməl hüquq və azadlıqların təmin edildiyini bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
Azər Qasımlı şəxsi arxivi
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib