açıq məınbədən götürülüb
İstanbul Baş prokuroru Akın Gürlek və ailəsi haqqında dediyi sözlərə görə İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu barəsində istintaq başladılıb.
Ona qarşı “təhdid” və “terrorla mübarizədə vəzifəli şəxsləri hədəfə almaq” ittihamları irəli sürülüb.
Baş Prokurorluğun yanvarın 20-də açıqladığı məlumatda qeyd olunub ki, “İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu gün qatıldığı tədbirdə İstanbul Baş Prokuroru cənab Akın Gürlekə və ailəsinə qarşı təhdid dolu ifadələr işlətdiyinə görə ona qarşı terrorla mübarizədə məsul şəxsləri hədələmə və hədəfə alma ittihamlarıyla istintaq başladılıb”.
“X” platformasındakı səhifəsində bununla bağlı paylaşım edən İmamoğlu ittihamları rədd edib.
“İstanbul Baş Prokuroru onu və ailəsini təhdid etdiyim iddiasıyla barəmdə istintaq başladıb. Çıxışımda bircə təhdid sözü belə yoxdur. Heç vaxt heç kimi ailəsiylə təhdid etmədim, etmərəm də. Dediyim hər kəlmə bu ölkədə hər kəsin övladı və gələcəyi üçün tərəfsiz hüquq tələbidir. Sözümün arxasındayam. Həmişə və hər kəs üçün ədalət. Bundan təhdid iddiası çıxaran Baş prokuroru Allaha və millətin vicdanına həvalə edirəm" – İmamoğlu belə yazıb.
İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu yanvarın 20-də Ölkə Siyasətləri Vəqfi tərəfindən təşkil edilən Müasir Hüquq və Məhkəmənin Siyasiləşdirilməsi Panelindəki çıxışında CHP Gənclik Qolunun sədri Cem Aydının həbsinə münasibət bildirib:
“Guya ifadə verməyə çağırırsan, 7-8 polislə evinə basqın edirsən. Sənin məqsədin insanları qorxutmaqdır. Baş prokuror, sənə deyirəm. Sənə heç bir faydamız olmaz, sənin zehnin çürüyüb... Biz hətta sənin də övladlarını xilas etmək üçün səni idarə edən ağlı bu millətin zehnindən söküb atacağıq. Söküb atacağıq ki, sənin uşaqlarının evinə kimsə basqın etməsin; hətta sənin də yuvana, uşaqlarına hüzur təmin edək”.
Türkiyənin müxalif Zəfər Partiyasının başqanı Ümit Özdağ isə həbs olunub. Onu dünən axşam saatlarında Ankarada saxlayıblar. Özdağ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə ittiham olunur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
AP News
Açıq mənbədən götürülüb
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib