Dünya

Ukraynada siyasi vəziyyət gərginləşir

4 Fevral, 2025
284

Kollaj/Toplum TV

Rusiyanın 2022-ci ildəki hücumundan sonra elan olunmuş hərbi vəziyyət Ukraynanın, adətən, təlatümlü olan siyasi həyatında durğunluq yaradıb. Amma ABŞ müharibəni tez bir zamanda bitirməyi hədəflədiyi üçün aktivliyin yenidən artdığı görünür

Keçən həftə Ukraynanın siyasi dairələrindən biri prezident Vladimir Zelenskinin komandasını müharibədən çox seçkilərin taleyindən narahat olmaqda ittiham etdi.  

 “Bu, Trampa və danışıqlarla bağlı gözləntilərə görədir... Aktivlik artıb, daxili siyasi gərginlik aydın hiss olunur” - Kiyevdən olan politoloq Vladimir Fesenko belə deyib.

Keçmiş prezident və tanınmış müxalifətçi Petro Poroşenko son həftələrdə çox sayda xarici siyasətçi ilə  görüşüb.

Poroşenko bu görüşlərin seçkilərlə əlaqəsi olmadığını deyir; bildirir ki, seçkilərin keçirilməsi Rusiya Prezidenti Vladimir Putinə sərf edər və belə təhlükəli dönəmdə Ukraynada sabitliyi pozar.

“Bizim vəzifəmiz müharibədə qalib gəlməkdir” - Poroşenko “Reuters” agentliyinə belə deyib.

Amma onun rəhbərlik etdiyi Avropa Həmrəyliyi Partiyası iddia edir ki, Zelenski Poroşenkonu parlamentdən kənarda saxlamağa çalışır, “müharibə etmək əvəzinə qarşıdan gələn seçkilərə” fokuslanıb.

Keçmiş baş nazir Yuliya Timoşenko da son vaxtlar daha şox görünməyə başlayıb, xaricdə Avropa İttifaqı rəsmiləri ilə görüşür və Ukraynanın keçən ilin may ayındakı uğursuz hərbi əməliyyatına görə generalın həbs olunmasını tənqid edir.

Keçən həftə Kiyev meri, prezidentliyə potensial namizəd Vitali Kliçko Zelenskinin yaxın ətrafını siyasi intriqalarda ittiham edib, hərbi administrasiyaya prezident tərəfindən təyin olunmuş şəxsin mülki administrasiyasının işinə qəsdən zərbə vurduğunu deyib.

Zelenskinin komandası “Reuters”-in bununla bağlı sualını şəhər administrasiyasına yönəldib, qurum Kliçkonun ittihamlarının əsassız olduğunu bildirib.

Politoloq Fesenko qeyd edir ki, artıq bəzi siyasi qruplar aktivistləri toplayıb seçki kampaniyasında iştirak edəcək komandalar hazırlayırlar. O, Zelenskinin düşərgəsində belə bir fəaliyyət görmədiyini və seçkilərin yaxınlaşdığı düşünən siyasətçilərin, çox güman, yanıldığını deyir.

ABŞ rəsmiləri heç bir siyasi qərarın verilmədiyini və onların Ukraynayla bağlı strategiyasının inkişaf etdiyini deyirlər. Həm iqtidar blokundan, həm də müxalifətdən olan Ukrayna siyasətçiləri bildirirlər ki, müharibə bitməmiş seçki keçirilməsi milli birliyi poza bilər.

Üstəlik, ölkədə logistika problemləri də var.

Ukrayna Mərkəzi Seçki Komissiyasının sədr müavini Serhiy Dubovik “Reuters” agentliyinə bildirib ki, seçicilərin yer dəyişməsinə və genişmiqyaslı dağıntılara görə seçki kampaniyasının startına ən azı 4-6 ay vaxt lazım olacaq.

Milyonlarla ukraynalı hələ də xaricdə yaşayır, milyonlarla ukraynalı müharibə nəticəsində məcburi köçkünə çevrilib, Ukraynanın beşdə biri işğal olunub, cəbhəyanı bölgələr viran qalıb.

Zelenski deyib ki, seçkilər hərbi vəziyyət başa çatandan dərhal sonra keçiriləcək. Qanunvericilik hərbi vəziyyət dövründə seçki keçirilməsini birmənalı şəkildə qadağan edir.

Beş illik səlahiyyət müddəti keçən ilin mayında başa çatmış Zelenski yenidən namizəd olub-olmayacağı barədə açıqlama verməyib. 

25 ildir hakimiyyətdə olan Putin deyir ki, seçkilər keçirilmədiyi üçün Zelenski legitim prezident deyil, buna görə də onunla danışıqlar aparmayacaq.

Kiyevdə yerləşən KIIS tədqiqat mərkəzinin direktoru Anton Qruşetskinin sözlərinə görə, Ukraynada  hətta Zelenskinin fəaliyyətini bəyənmədiklərini deyənlər də onu qanuni lider kimi qəbul edirlər.

Ukrayna hökumətinin rəsmisi “Reuters” agentliyinə deyib ki, Putin danışıqlardan yayınmaq üçün saxta bəhanələr yaratmağa çalışır. O bildirib ki, Ukrayna seçki keçirmək istəyir, amma genişmiqyaslı müharibə dövründə bu mümkün deyil.

Rəy sorğuları göstərir ki, Zelenskinin ictimai etimad reytinqi 50%-dən yuxarıdır.

Bəzi müşahidəçilər “otaqdakı fil”in müharibə başlayandan sonra iki il silahlı qüvvələrə rəhbərlik etmiş, sonra isə Londona səfir göndərilmiş Valeri Zalujnı olduğunu düşünürlər.

Zalujnı siyasi ambisiyası olduğunu açıq şəkildə ifadə etməyib, amma sorğular onun populyar olduğunu göstərir. 

Qruşetski deyib ki, müharibə dövründə, xüsusən də seçkilərə kimlərin qatılacağı məlum olmayanda ictimai rəyin kimdən yana olduğunu müəyyənləşdirmək çətindir.

Qruşetskinin sözlərinə görə, sorğular cəmiyyətin müharibə dövründə seçki keçirilməsinə mənfi yanaşdığını göstərir.

O deyir ki, “Əksəriyyət üçün əsas prioritet müharibədə uğur qazanmaq, sonra seçki keçirməkdir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

"Avroviziya" qalibi İsrailə etiraz olaraq mükafatı qaytarır

13 Dekabr 2025

Foto: AP

Ötən il "Avroviziya" mahnı müsabiqəsinin qalibi olmuş isveçli müğənni Nemo gələn il yarışda İsrailin iştirakına etiraz olaraq mükafatını qaytaracağını deyir.  Bu barədə o, "İnstagram" səhifəsində xəbər verib.  Onun sözlərinə görə, İsrailin müsabiqədə iştirakı ilə müsabiqənin müdafiə etdiyini bildirdiyi "birlik, inklüzivlik və ləyaqət idealları arasında açıq bir ziddiyyət" var.  Nemo bunu İsrailin Qəzza zolağında "soyqırımı" törətməsi ilə izah edib.  "Avroviziya" Mahnı Müsabiqəsinin direktoru Martin Qrin bildirib ki, bu xəbərdən “kədərlənib”, lakin Nemonun mövqeyinə hörmət edir. İsrailin gələn il "Avroviziya"da iştirakına qərar verilməsi Qəzzadakı müharibə fonunda qalmaqala səbəb olub. Beş ölkə - İslandiya, İspaniya, İrlandiya, Sloveniya və Niderland  İsrailin iştirakına görə gələn...
Dünya

İranda Nobel mükafatçısı Nərgiz Məhəmmədinin saxlanıldığı bildirilir

12 Dekabr 2025

Foto: açıq mənbə

2023-cü ildə Nobel Sülh Mükafatını qazanmış hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin İranda saxlanıldığı bildirilir.  Bu barədə onun yaxınları məlumat yayıb.  Məhəmmədinin Parisdə yaşayan həyat yoldaşı Tağı Rəhmani "X" səhifəsində bildirib ki, fəal Məşəd şəhərində keçirilən tədbirdə digər tanınmış fəal Sepide Qolyanla birlikdə saxlanılıb. Həmin tədbirdə iştirak edən Məhəmmədinin qardaşı da xəbəri təsdiqləyib.  İran hüquq-mühafizə orqanları isə 53 yaşlı Məhəmmədinin saxlanılması ilə bağlı dərhal açıqlama verməyib. Bununla belə, tərəfdarları aylardır onun yenidən həbs edilmə riski altında olduğu barədə xəbərdarlıq edirdilər. Daha öncə də həbsdə olan N.Məhəmmədi 2024-cü ilin dekabrında səhhətindəki problemlərlə əlaqədar həbsdən müvəqqəti olaraq azad edilmişdi. O, İranda ölüm cəzasına və məcburi...

Seçilmiş Videolar

Toplum TV loqo