Dünya

Rusiya 30 günlük atəşkəs təklifini rədd edib - YENİLƏNİB

13 Mart, 2025
301

Reuters

Rəsmi Moskva Ukrayna ilə müvəqqəti atəşkəs ideyasını rədd edir.

Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun fikrincə bu, Ukrayna hərbçilərinə müvəqqəti möhlət verməkdən və onların yenidən qruplaşmasına şərait yaratmaqdan başqa bir şey deyil.

O, həmçinin Rusiyanın uzunmüddətli sülh nizamlanmasına can atdığını və Rusiya ilə ABŞ arasında normal fikir mübadiləsinin sakit şəkildə getdiyini bildirib.

Uşakovun sözlərinə görə, ABŞ anlayıb ki, Ukraynanın NATO-ya üzvlüyündən söhbət gedə bilməz.

****

Martın 13-ə keçən gecə Rusiya ordusu Ukraynanın Dnipropetrovsk bölgəsində yaşayış yerlərinə çoxsaylı dron hücumları edib. 

Nəticədə mülki əhalidən yaralananlar var. 

Hücum Ukrayna və ABŞ-ın Rusiyaya atəşkəs təklif etməsinə təsadüf edir. 

Dnipropetrovsk regionunun hərbi idarəetmə üzrə rəhbəri Serhiy Lusak “Telegram” kanalında xəbər verib ki, dron hücumları mülki infrastruktura zərər vurub. 

Dnipro şəhərində bir neçə yaşayış binasına ziyan dəyib və yanğın baş verib. 

O deyib ki, 52 yaşlı qadın yaralanıb və xəstəxanaya yerləşdirilib. 

Oxşar fəsadlara Samarovski rayonunda da rast gəlinib. Nikopol regionunda isə 64 yaşlı qadın yaralanıb. 

Bundan bir gün əvvəl Rusiya ordusu Odessa daxil olmaqla bir sıra Ukrayna regionlarına da dronlarla hücum edib. 

Hadisə Ukraynanın martın 11-də ABŞ diplomatları ilə danışıqlardan sonra Rusiya ilə müvəqqəti atəşkəsə razılaşmasına təsadüf edir. 

Kremlin atəşkəs təklifini nəzərdən keçirdiyini desə də, eyni vaxtda Rusiya Prezidenti Vladimir Putin Ukrayna ordusunun bir hissəsinə nəzarət etdiyi Kursk regionuna səfər edib, komandirlərlə görüşüb. 

Martın 13-ü “Reuters” xəbər agentliyi adı çəkilməyən mənbələrə əsasən bildirib ki, son həftələr ərzində Rusiya diplomatları ABŞ-dan olan həmkarlarına üzbəüz və onlayn görüşlərdə Rusiyanın müharibəni bitirmək üçün tələblərinin siyahısını təqdim ediblər. Tələblərin nə olduğu açıqlanmır. 

Martın 12-i ABŞ Prezidenti Donald Tramp jurnalistlərə deyib ki, ölkəsinin nümayəndə heyəti atəşkəs təklifini müzakirə etmək üçün Rusiyaya yola düşməyə hazırlaşır. 

O bildirib ki, Rusiyaya təzyiq edə bilər, lakin hələ ki buna ehtiyac görmür. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

OCCRP: "Müharibədən qaçan ukraynalı kimsəsiz uşaqlar Türkiyədə şiddətə məruz qalıb"

4 Dekabr 2025

foto: Slidstvo.Info

Rusiyanın Ukraynada apardığı müharibədən qaçaraq Türkiyədə hotelə sığınan kimsəsiz uşaqların zorakılığa, təhqirə və baxımsızlığa məruz qaldığı bildirilir.  Bu barədə Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) dekabrın 3-də dərc etdiyi araşdırmada qeyd olunub. Araşdırma 7 uşaqla konfidensial müsahibələr və Ukrayna Ombudsmanının hesabatı əsasında hazırlanıb.  Araşdırmaya əsasən, 2022-ci ilin fevralında Rusiya işğalı başlayandan sonra Dnepr şəhərindəki internat məktəbinin şagirdləri baxıcıları ilə birlikdə Antalyadakı bir hotelə aparılıblar. Evakuasiya Ukrayna hökuməti tərəfindən deyil, yerli iş adamı və milyonçu Ruslan Şostak tərəfindən, onun yaratdığı “Ruslan Şostak Fondu” vasitəsilə təşkil olunub. “Müharibəsiz Uşaqlıq” adlı layihə çərçivəsində ümumilikdə 3500 uşaq və baxıcı Türkiyənin Antalya bölgəsindəki...
Dünya

Putin: "Rusiya Avropa ilə müharibəyə hazırdır"

3 Dekabr 2025

Foto: açıq mənbədən götürülüb

Rusiya və ABŞ Ukraynada sülh danışıqları üzrə irəliləyişə nail olmayıb.  Bunu Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov rusiyalı jurnalistlərə bildirib.  Dekabrın 2-də Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Vitkof və Cared Kuşner arasında görüş 5 saatdan çox çəkib.  “Tərəflər Ukraynada böhranı həll etməyə nə daha yaxın, nə də daha uzaqdırlar. Görülməli çox iş var", - Uşakov deyib.  Buna baxmayaraq, Uşakov görüşü “son dərəcə faydalı, konstruktiv və informativ” adlandırıb.  “Biz konkret ABŞ təkliflərini müzakirə etmədik, lakin bu ABŞ sənədlərinə daxil edilənlərin mahiyyətini müzakirə etdik. Bəzi məsələlərlə razılaşa bilərdik və prezident, həmçinin, bir sıra təkliflərə qarşı tənqidi və hətta...

Seçilmiş Videolar

Toplum TV loqo