Məhkəmə

“Hökumətin fakt kimi sırıdığı fotoları özüm paylaşmışam” - Şəmşad Ağa

10 Mart, 2025
551

Toplum TV

 “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa həbsdən yazdığı məktubu ilə haqqında hökumətyönlü mediada gedən iddialara cavab verib.

Meydan TV ilə əməkdaşlıqda günahlandırılaraq, qaçaqmalçılıq ittihamı ilə həbs olunmuş Şəmşad Ağayev yazılanları “iftira” adlandırıb.

Fevral ayında APA informasiya agentliyində yayımlanan məqalədə Şəmşad Ağa Azərbaycan nümayəndəliyinin rəhbəri və digər 6 əməkdaşı həbs edilən Meydan TV-nin yeni rəhbəri olmaqda, yeni işçilər axtarmaqda və Azərbaycan əleyhinə qərəzli məqalələr hazırlamaq üçün müzakirələr aparmaqda ittiham edilib.

Meydan TV-nin xəbərinə görə, Şəmşad Ağa hökumətyönlü medianın istintaqın yalanlarını tirajladığını yazıb.

“Bu qədər absurd və gülünc iddialar yalnız Azərbaycanda uydurula bilər. Meydan TV-nin rəhbəri olmağım, ora işçilər cəlb etməyimlə bağlı iddialar gülüncdür. Meydan TV kimi həqiqəti yazan və yayan bir orqanın rəhbəri olmaq qürurverici olardı”.

Jurnalist bildirib ki, yayımlanan məqalədə “fakt kimi” ortaya qoyulan fotolar dəlil deyil.

“3 il öncə xaricdə təlimdə olmuşam. Hökumət mediasının yaydığı və fakt kimi sırıdığı fotolar da həmin təlimdəndir. Həmin fotoların bəzilərini də öz sosial media hesabımdan da paylaşmışam. Bunlar sanki “Amerikanı yenidən kəşf ediblər”- məktubda deyilir.

Şəmşad Ağa həbs olunmuş həmkarlarına dəstək verməyi özünün vicdan məsələsi hesab etdiyini də yazıb və özünün və həmkarlarının həbsini siyasi qərar hesab edib.

“Bu qədər günahsız insanı, qadın-kişi demədən şərləyib tutan ədalətsiz hakimiyyətə etiraz etmək, öz həmkarlarını dəstəkləmək, onların yarımçıq qalan işlərinə kömək etmək, hüquqlarını müdafiə etmək bir vicdan borcudur. Bunu etdiyimə görə qətiyyən peşman deyiləm. Həbsimiz və bu sistematik repressiya dalğası siyasi qərardır. Heç bir yalan və manipulyasiya bu həbslərin siyasi motivini dəyişdirə bilməz”.

Jurnalist Şəmşad Ağa bu ilin fevralın 5-də “Meydan TV işi” ilə bağlı saxlanılıb və barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ona qarşı  qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb.  

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko, Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun Meydan TV-yə aidiyyəti yoxdur.

Fevralın 20-də isə jurnalist Nurlan Libre də nbu işlə əlaqəli saxlanılıb və barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fatimə Mövlamlı da fevralın 28-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb və barəsində 1 ay 9 gün müddətinə həbs qərarı verilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Azər Qasımlının işi məhkəmə baxışına verilib 

2 İyul 2025

Foto: VOA

Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının ittiham olunduğu cinayət işi məhkəmə baxışına verilib.  Bu barədə iyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.  Məhkəmənin baxış iclası iyulun 16-a təyin olunub.  Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə maddəsilə şübhəli şəxs qismində saxlanılıb. Aprelin 3-də onun həbs qətimkan müddəti daha 2 ay uzadılıb.  Özü ittihamı qəbul etmir. Qasımlı saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib. Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir. (Mənbə: APA)
Məhkəmə

Ailəsi: Ülvi Həsənli karserdə zorakılığa məruz qalıb

2 İyul 2025

Foto: sosial media

İyulun 1-də vəkil Zibeydə Sadıqova “Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənli ilə görüşüb.  “Abzas Media”nın xəbərinə görə, Həsənli vəkilinə iyunun 26-dan cərimə kamerasında (karser) saxlanıldığını və həmin gündən aclıq etdiyini bildirib. Aclıq nəticəsində onun çəkisi 77 kiloqramdan 71 kiloqrama düşüb. Həyat yoldaşı Rübabə Quliyeva isə “Abzas Media”ya bildirib ki, Həsənli aclıq etməsinə baxmayaraq hələ də həkim müayinəsindən keçirilməyib. O, ailəsinə Umbakı qəsəbəsindəki müəssisəyə köçürüldüyü gündən eyni paltarları geyindiyini və təmiz geyimlərinin ona çatdırılmadığını deyib.  Həsənli həm də bildirib ki, ona yatmaq üçün köhnə, sınıq, yataq dəsti olmayan çarpayı verilib və buna görə belində ağrılar başlayıb.  Ailəsi əlavə edib ki, Ramin...

Seçilmiş Videolar

Toplum TV loqo