Məhkəmə

Vardanyan həbsxanadan audio müraciət göndərib

13 Mart, 2025
235

Azərtac

Azərbaycanda həbsdə olan Qarabağdakı separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyan həbsxanadan audio müraciət göndərib.

O, müraciətində aclıq aksiyasının 23-cü günündə olduğunu deyib və artıq aksiyanı dayandırdığını elan edib. 

Səs yazısında Vardanyan aclıq aksiyasına başlamaq qərarını izah edib. 

“Göstərmək istəyirdim ki, mühakimə olunan mən yox, bütün ermənilər və dövlətin özüdür. Göstərmək istəyirdim ki, ürəyində burada qalıb yaşamaqdan məmnun olanlar hansı bədəli ödəməlidir”

Vardanyan baş tutan sonuncu məhkəmə prosesindən də danışıb və ona qarşı şahidlik edən Xankəndi sakinlərini vurğulayıb. 

“Dünən məhkəmədə Stepanakertdə yaşayan iki Artsax ermənisi müxtəlif, çox düzgün olmayan şeylər iddia edərək mənə qarşı ifadə verdilər. Onlar məni həyatlarında heç vaxt görməyiblər və özləri də çox dəhşətli vəziyyətdə idilər. Buna baxmayaraq, məhkəmədə danışdılar. Onlara çox yazığım gəldi”, o deyib.

 O müraciətində hazırkı Ermənistan rəhbərliyini də tənqid edib. 

“Mən Ermənistanın hazırkı rəhbərliyinin Artsax xalqına qarşı nifrətinin dərinliyinə heyranam və şadam ki, onların planını həyata keçirməsinə mane oldum. Onlar Artsaxın həm indiki, həm də keçmiş bəzi liderlərinə qarşı tərəfin yazdığı ssenarini həyata keçirməyə kömək etdilər”.

Vardanyan aclığın 23-cü günündə aksiyanı dayandırdığını bildirib və ona qoşulan bütün şəxslərdən də aclığı dayandırmasını istəyib. 

“Vəsatətlərimə, tələblərimə baxmaq üçün qanuni hüquqlarımdan növbəti dəfə imtina edilməsi, burada məhkəmənin olmayacağını, nəyin qanuni, nə qanunsuz olmasından asılı olmayaraq bu şounun davam etdiyini göstərir”.

R.Vardanyana Cinayət Məcəlləsinin 100-cü (təcavüzkar müharibə başlama və ya aparma), 107-ci (əhalini deportasiya etmə və məcburi köçürmə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120-ci (qəsdən adam öldürmə) və başqa maddələriylə ittiham verilib.

R.Vardanyanla yanaşı, hazırda Bakıda həbsdə olan Qarabağ separatçıları – "Dağlıq Qarabağ Respublikası"nın prezidenti olmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, keçmiş "xarici işlər naziri" Davit Babayan, "parlament sədri" Davit İşxanyan və digərlərindən ibarət daha 15 nəfərin də məhkəməsi gedir. 

Vardanyan tək, onlarsa birlikdə mühakimə olunurlar.

Bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərin sayı yarım milyon nəfərdən çoxdur. Onlar Qarabağ müharibəsində həyatını itirənlərin hüquqi varisləri, xəsarət alanlar, məcburi köçkün olanlar və başqa şəxslərdir. 

Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov da Azərbaycan dövləti adından zərərçəkmiş qismində məhkəməyə qatılıb.

Harutyunyan və onunla mühakimə olunan daha 14 nəfərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. 

Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Hüquq müdafiəçisi saxlanma şəraitindən narazıdır

8 May 2025

VOA

Həbsdə olan hüquq müdafiəçisi, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı saxlanma şəraitindən narazıdır. O, yaxınlarına bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlandığı dördnəfərlik kameraya bu yaxınlarda daha bir nəfər salınıb və saxlanılanların sayı beş olub.  “Bu isə orada saxlanan şəxslərin yatması, sıxlıq və digər məsələlər ilə bağlı problemlər yaradıb", - Süleymanlının yaxınları “Azadlıq Radiosu”na deyib.  Onlar məsələ barədə təcridxana rəhbərliyinə etdikləri müraciətlərin cavabsız qaldığını bildiriblər. Azərbaycan hakimiyyətinin müstəqil qeyri-hökumət təşkilatlarına (QHT) qarşı 2014-cü ildə başlanmış, daha sonra bağlanmış cinayət işi yenidən açılıb. Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə,...
Məhkəmə

Əhməd Məmmədli barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

8 May 2025

açıq mənbədən götürülüb

İctimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədli barəsində mayın 8-də 4 aylıq həbs qətimkan tədbiri seçilib.  Məmmədli Binəqədi Rayon Məhkəməsinə gətirilərkən “Yoldaş Media”nın fəaliyyətinə görə həbs olunduğunu deyib və “Azad media susdurula bilməz!” deyə qışqırıb.  O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur. Mayın 6-ı axşam radələrindən yaxınları ondan xəbər ala bilməyib. Bir gün sonra isə APA-da onun Biləcəri qəsəbəsində taksidə yer mübahisəsi üstündə bir nəfəri bıçaqladığı haqqında xəbər gedib.  Həyat yoldaşı Türkan Məmməd isə fəalın şərləndiyini və belə bir ssenari qurulduğunu bildirir.  Əhməd Məmmədli yaxınlarına polis idarəsində telefonunun şifrəsini verməsi üçün döyüldüyünü...

Seçilmiş Videolar

Toplum TV loqo