Siyasət

RSF: Azərbaycan hakimiyyətinin xarici medianı susdurması əsassız qərardır

13 Mart, 2025
196

RSF

Azərbaycan hakimiyyətinin bir neçə xarici media orqanının jurnalistlərinin akkreditasiyasını ləğv etməsi “əsassız” qərardır.

Bunu Sərhədsiz Reportyrolar (RSF) bildirib və qeyd edib ki, bu qərar "avtoritar" rejimin mətbuat azadlığına təzyiqini daha da gücləndirir.

Təşkilat jurnalistlərin akkreditasiyasını dərhal bərpa etməyə çağırıb.

Son aylarda Azərbaycanda bir sıra xarici media nümayəndəlikləri fəaliyyətini dayandırıb. 

ABŞ-nin "Bloomberg" biznes mediası, "Amerikanın səsi" dövlət mediasının akkreditəsi də ləğv edilib. Britaniyanın "Reuters" xəbər agentliyinin təmsilçisi RSF-ə deyib ki, ""Reuters" üçün işləyən iki frilans jurnalistin də daha Azərbaycanda akkreditəsi yoxdur, çünki hökumətin yeni siyasətinə görə, hər bir xarici media orqanına yalnız bir akkreditə verilir".

1994-cü ildən bəri Azərbaycandan xəbər verən BBC fevralın 13-də Bakı ofisini bağlayıb, Azadlıq Radiosu yazır. 

Azərbaycan Xarici İşlər Nazirliyi bu addımları "qarşılıqlıq" prinsipi ilə əsaslandırıb. 

Onlar bildirib ki, Azərbaycandakı xarici jurnalistlərin sayını xaricdəki azərbaycanlı jurnalistlərin sayı ilə balanslaşdırmaq istəyir.  

RSF-in Şərqi Avropa və Orta Asiya bölməsinin başçısı Janna Kavelye deyib ki, jurnalistlərdən diplomatik münaqişələrdə, xüsusən də saxta "qarşılıqlıq" bəhanəsi ilə "piyada" kimi istifadə oluna bilməz. 

“Bu əsassız qərarlar mətbuat azadlığına növbəti ciddi zərbədir, Azərbaycanı kənar baxışdan daha da təcrid etmək məqsədi güdür”, o əlavə edib.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın fevral ayında hazırladığı siyahıya əsasən, Azərbaycanda  hazırda 357 siyasi məhbus var.

Onların 20-dən çoxu jurnalistdir. 

Azərbaycan hakimiyyəti ölkədə siyasi səbəblə heç kimin həbs edilmədiyini deyir və fərdlərin konkret cinayətlərə görə həbs olunduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"

15 Sentyabr 2025
Sentyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən III Respublika Platformasının üzvü Ruslan İzzətli çıxış edib.  15 sentyabrın Bilik Günü olaraq qeyd edilməsinə istinad edən R.İzzətli ittihamlarla üzləşmələrinin və ümumilikdə "Azərbaycandakı ədalətsizliyin təhsilsizliyin nəticəsi" olduğunu vurğulayıb.  "Femida Azərbaycandakı məhkəmələri görsə, göz yaşı tökər. Nəinki müdafiəçilərimiz, heç hakimlər də bizim aqibətimizin nə olacağını bilmir. Hamısı Prezident Administrasiyasından gələcək qərarı gözləyir", - o deyib.  R.İzzətli həbs olunan şəxslərin hökumətlə şəxsi ədavəti olmadığını, sadəcə cəmiyyət üçün çalışdıqlarını deyərək ictimaiyyətə dəstək üçün müraciət edib.  "Əlində smartfon olan hər...
Siyasət

Tramp Rusiyanı "təcavüzkar" adlandırıb

15 Sentyabr 2025

Foto: Getty Images

ABŞ prezidenti Donald Tramp ilk dəfə olaraq Rusiyanı Ukrayna ilə müharibədə "təcavüzkar" adlandırıb.  Sentyabrın 14-də jurnalistlərin suallarına cavab verən Tramp Ukrayna və Rusiyanın itkilərinə toxunaraq deyib:  “Bu həftə hər iki tərəfdən 8 min əsgər həlak olub. Rusiyadan bir az çox adam həlak olub, amma sən təcavüzkar olanda daha çox itki verirsən.” Tramp bundan əvvəl işğala görə Moskvanı qınamaqdan imtina edib. Onun administrasiyası fevral ayında BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanı qınayan qətnaməyə qarşı çıxış edib. ABŞ, həmçinin, fevralda "Böyük Yeddilik" ölkələrinin Rusiyanı "təcavüzkar" adlandıran bəyanatına etiraz edib. Tramp apreldə verdiyi açıqlamada müharibəyə görə Ukraynanı günahlandırmışdı.  “Özündən 20 dəfə böyük...

Seçilmiş Videolar

Toplum TV loqo